2018-ci ildə Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətlər

2018-ci ildə Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətlər

Bakı. İlhamə İsabalayeva - Trend:

2018-ci ildə Azərbaycanda bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində inkişaf davam edib.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin sosial yönümlü siyasətinin nəticəsi olaraq ötən il də Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi həyata keçirilib. 2018-ci ildə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Respublika Narkoloji Mərkəzi, Naftalan, Quba rayon Mərkəzi Xəstəxanaları əsaslı təmir-tikinti işlərindən sonra ən müasir tibbi avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilib. Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzi, Qobustan, Qazax, Şəmkir, Goranboy rayon mərkəzi xəstəxanalarında təmir-tikinti işləri hazırda başa çatıb və gələn ilin ilk aylarında açılışa hazırlanır. Böyük diaqnostik imkanlara və kadr potensialına malik olan belə tibb ocaqlarının yaradılması həm paytaxtda, həm də bütün regionlarda əhaliyə yüksək keyfiyyətli və hərtərəfli tibbi xidmət göstərməyə münbit şərait yaradıb.

İl ərzində 18 yaşdan yuxarı respublika əhalisinin 77,4 faizi tibbi müayinələrdən keçirilib. Onların 6 faizində ilkin xəstəliklər aşkar olunub, 1,1 faizi dispanser nəzarətə alınıb, 2,9 faizi sağlamlaşdırılıb, 32,1 faizi əlavə müayinələrə cəlb edilib, 0,5 faizi hospitalizasiya olunub.

2018-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilmiş uşaqların 5,5 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1,2 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.

Ümumilikdə 2018-ci il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 49 milyondan artıq müraciət olub, 727 min xəstə stasionar müalicə kursu keçib. Ötən il 9 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib.

Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən 22 nəfərə dövlət hesabına böyrək köçürülüb, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.

Son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Keçən il 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 2 nəfər kəskin leykoz, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olub.

2018-ci ildə dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 246-sı uşaqlardır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılıb və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub.

Ümumilikdə 2018-ci ildə 280 mindən çox xəstəyə ən müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib. Maliyyə baxımından çox baha başa gələn yuxarıda adları sadalanan belə əməliyyatların dövlət hesabına icra olunması dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının bariz nümunəsidir.

Respublikamızda həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə də müsbət dinamika əldə edilib. Əgər 2014-cu ildə respublikada körpə ölümü göstəricisi 10,2 promilli idisə, 2018-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm 11,0 promilli təşkil edir. Bu günə qədər 1000 qram və az çəki ilə doğulmuş 353 körpədən 126-nı xilas etmək mümkün olub. 2017-cü ildə 21 ana ölümü qeydə alındığı halda, keçən il bu rəqəm 17 olub.

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2018-cı ildə bu rəqəm 38 tona yaxın olub. Yalnız Məhərrəm ayının Aşura günü ərzində 3827 nəfər insandan qan götürülüb və 1722 litr qan tədarük edilib. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

Artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır. Belə ki, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3842 talassemiya daşıyıcısı, 152 qazanılmış immunçatışmazlığı sindromu, 350 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb. Nəticədə 16 sağlam, 27 daşıyıcı, 12 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilmiş 12 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib.

Hazırda respublikamızda 1621 hemofiliyalı xəstə qeydiyyatdadır. Bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub.

Azərbaycanda ötən il səhiyyə sahəsində görülən əsas işlərdən biri də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2018-ci ildən publik hüquqi şəxs kimi fəaliyyətə başlayıb, qurumun Nizamnaməsi və yeni strukturu təsdiq edilib.

Yola saldığımız il Agentlik üçün icbari tibbi sığortanın pilot layihə çərçivəsində Ağdaş rayonunda tətbiqi ilə bağlı ölkə başçısının imzaladığı fərmanla da yadda qaldı. Belə ki, ölkə başçısının 2018-ci il 16 fevral tarixli 1830 nömrəli fərmanı ilə pilot layihənin Ağdaş rayonunun inzibati ərazisində də həyata keçirilməsinə və Mingəçevir şəhəri, Yevlax rayonunda davam etdirilməsinə qərar verilib.

Əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, pilot tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətlərin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirmək, səhiyyənin yeni maliyyələşmə sistemini yaratmaq məqsədilə həyata keçirilən bu layihə nəticəsində bir çox uğurlar əldə olunub.

Ötən il Agentlik Ağdaş rayonunda yerləşən tibb müəssisələrində (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və tibbi xidmətlərə əlçatanlığı artırmaq məqsədilə bir sıra tədbirlər görüb. Tibb müəssisələrinin idarə edilməsi strukturu dəyişdirilib, tibbi təchizat yaxşılaşdırılıb, tibb işçilərinin əməkhaqları artırılıb. Mərkəzi Xəstəxanada 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb ki, onlar qanın nəinki ümumi və biokimyəvi, artıq hormonal analizləri də həyata keçirməyə imkan verir. Laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb.

Hazırda Mingəçevir şəhəri üzrə sanitar-epidemioloji tələblərə cavab verən 2, Yevlax rayonunda 5, Ağdaş rayonunda isə 15 ilkin səhiyyə müəssisəsi təşkil olunub. Ağdaş rayonunda, həmçinin 46 tibb məntəqəsi fəaliyyət göstərir. İlkin səhiyyə müəssisələrində ailə həkimləri tərəfindən 18 adda tibbi xidmət göstərilir.

2018-ci ilin əvvəlinə olan məlumata əsasən, Mingəçevir şəhərində 104 500, Yevlax rayonunda 127 400, Ağdaş rayonunda isə 108 700 nəfər əhali qeydiyyatdadır. Bundan əlavə, Mingəçevir şəhərində 19 798 nəfər, Yevlax rayonunda 8055 nəfər, Ağdaş rayonunda 2353 nəfər məcburi köçkün yaşayır. Hazırda pilot ərazilərdə 370 min nəfərdən çox qeydiyyatda olan əhali və məcburi köçkün icbari tibbi sığortanın 1829 adda tibbi xidməti əhatə edən baza zərfindən ödənişsiz istifadə edir. Bunlardan 480-i ambulator, 677-si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi, həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verir.

Xüsusi olaraq qeyd edilməlidir ki, 2018-ci ilin ilk 9 ayı ərzində Mingəçevir şəhərində və Yevlax rayonunda cərrahi əməliyyatların sayı 2016-cı ilin eyni dövrü ilə müqayisədə təxminən 52% artıb. Ağdaş rayonunda isə 2017-ci ilin ilk 9 ayı ilə müqayisədə 2018-ci ilin eyni dövrü ərzində cərrahi əməliyyatların sayında təxminən 15 faiz artım müşahidə olunub. Məhz bu səbəbdən icbari tibbi sığortanın tətbiq olunduğu dövrlə əvvəlki illəri müqayisə etdikdə 2017-2018-ci illərdə pilot ərazilərdə əhali arasında ölüm hallarının sayında ciddi azalmalar müşahidə olunur. Belə ki, 2015-2016-cı illər üzrə pilot ərazilərdə müvafiq olaraq 2038 və 2020 ölüm halı qeydə alınıb. İcbari tibbi sığortanın tətbiqindən sonrakı dövrlərdə, yəni 2017-ci ildə 1949 ölüm halı, 2018-ci ilin 10 ayı üzrə isə 1558 ölüm halı qeydə alınıb.

Nəticələrə əsasən onu deyə bilərik ki, əhalinin tibbi xidmətlərə əlçatanlığının artması sayəsində vətəndaşlar vaxtında keyfiyyətli tibbi xidmətlər ala bilib və ölüm riskləri azalıb.

Pilot ərazilərdəki tibb müəssisələrində çarpayıların sayının əhalinin ehtiyaclarını üstələdiyini və bu çarpayıların saxlanmasının iqtisadi nöqteyi-nəzərdən səmərəsiz olduğunu nəzərə alaraq onların sayının azaldılması qərara alınıb. Ümumilikdə 2016-cı il ilin (Mingəçevir şəhərində və Yevlax rayonunda icbari tibbi sığortanın tətbiq olunmadığı il) ilk 9 ayı ilə müqayisədə 2018-ci ilin eyni dövrü ərzində Mingəçevir şəhəri üzrə çarpayı sayı 672-dən 300-ə, Yevlax rayonu inzibati ərazisi üzrə isə 267-dən 237-yə qədər (pilot ərazilər üzrə təxminən 43%) azaldılıb. Ağdaş rayonu ərazisində 2017-2018-ci illər ərzində çarpayı sayı eyni - 370 qalıb.

Beynəlxalq təcrübənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti azalıb və xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılıb. Belə ki, 2016-cı ilin 9 ayı ilə müqayisədə 2018-ci ilin eyni dövrü ərzində Mingəçevir şəhəri ərazisində xəstələrin çarpayıda keçirdiyi günlərin orta sayı 9.5-dən 3.9-a, Yevlax rayonu ərazisində isə 16.5-dən 5-ə enib. 2017-ci ilin (Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiq olunmadığı il) 9 ayı ilə müqayisədə 2018-ci ilin eyni dövrü ərzində Ağdaş rayonu ərazisində xəstələrin çarpayıda keçirdiyi günlərin orta sayı 8.7-dən 6.9-a enib.

Həmçinin Agentik icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirdiyi islahatların effektivliyini, əhalinin və pilot ərazilərdəki tibb müəssisələrində çalışan tibb işçilərinin sistemdən məmnunluğunu qiymətləndirmək məqsədilə 2018-ci ilin ilk aylarında pilot ərazilərdə sorğular keçirib. Sorğuların əsasında analitik hesabatlar hazırlanaraq Agentliyin rəsmi internet saytında yerləşdirilib. Sorğuların nəticələri ümumilikdə əhalinin (84%) və tibb işçilərinin (87%) (həkimlər və orta tibb işçiləri) aparılmış islahatlardan məmnunluğunu göstərib.

Nəticələr onu deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən respondentlərin sayı kəskin azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında icbari tibbi sığortanın tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 59.3%-dən 4%-ə, Yevlax rayonu üzrə 61.8%-dən 3.1%-ə qədər endiyi müşahidə edilib. Respondentlərin maddi sıxıntı keçirməsi hallarının azalmasına səbəb isə pilot regionlarda yaşayan vətəndaşların baza zərfinə daxil olan 1829 adda tibbi xidmətdən ödənişsiz istifadə edə bilməsidir.

Həmçinin 2018-ci ildə Agentlik tərəfindən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb və Milli Məclis tərəfindən təsdiq edilib.

Sudanda hərbi çevriliş olub, baş nazir həbs edilib
Sudanda hərbi çevriliş olub, baş nazir həbs edilib
Çin Yerin məsafədən zondlama peykini orbitə buraxmağı planlaşdırır
Çin Yerin məsafədən zondlama peykini orbitə buraxmağı planlaşdırır
Əfqanıstanda silahlı toqquşmada 17 nəfər ölüb
Əfqanıstanda silahlı toqquşmada 17 nəfər ölüb
Loading Bars
Xəbər lenti
Nərimanov rayonunda səkkiz avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Milli Məclisdə yüksək bal toplamış tələbələrlə görüş olub (FOTO)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub (FOTO)
Azərbaycan-Xorvatiya Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək
Yarmarkada ən çox satılan Kəlbəcər balı olub
Masallıda qanunsuz meşə materialı aşkar olunub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qubadlı rayonundan foto paylaşıb (FOTO)
TAP konsorsiumunun hidrogen nəqlinə başlayacağı vaxt məlum olub
İlin sonunadək Azərbaycandan Avropaya nəql olunacaq qazın həcmi açıqlanıb
AMEA-nın müxbir üzvü vəfat edib
Bakıda prospektdə qumbara tapılıb (FOTO)
Bakıda tuneldə qəza olub, sıxlıq var (FOTO)
Əfsanəvi Feniks quşu Qarabağ Dirçəliş Fondunun loqosunda (FOTO/VİDEO)
Yalnız ÄSTHETIK LAB-da siz innovativ Callegari Soft FX cihazında kompleks dəri diaqnostikasından keçə bilərsiniz
Moskvada Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı dəyirmi masa keçirilib (FOTO)
Həftəsonu 1000-dən çox şəxs toya buraxılmayıb, 65 nəfər cərimələnib (VİDEO)
Azərbaycanda əlverişli investisiya mühiti güclü iqtisadiyyat üçün şərait yaradır - Beynəlxalq Maliyyə Korporasiyası
Bakı Slavyan Universitetinin sabiq şöbə müdirinin məhkəməsi keçirilib
Bank Respublika “NeoKartla qazan!” tirajlı lotereyaya start verir!
ABŞ senatoru Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Bəyannamə imzalayıb (FOTO)
Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır
Sudanda hərbi çevriliş olub, baş nazir həbs edilib
Qubadlının azad edilməsi ilə Laçın dəhlizi ordumuzun atəş nəzarətinə keçdi - Hərbi ekspert
Son 9 ayda 14 mindən çox şəxsə elektron qaydada təqaüd təyin olunub
Azərbaycana gələn turistlərin sayı artıb
Qubadlıda radio və televiziya yayımı təmin olundu (FOTO)
Azərbaycan elminə ağır itki üz verib
Şəhid Ağa Əmi Heybətovun anım günü keçirilib
BANM-in tələbəsi: Qubadlının azad olunması məni Prezident təqaüdçüsü etdi
İlahiyyat İnstitutunun dosenti Beynəlxalq Simpoziumda iştirak edib (FOTO)
Şəmkirdə avtoxuliqanlar həbs edilib (FOTO)
Yeddi şadlıq sarayının sahibi cərimələnib
Xarici valyutaların manata qarşı məzənnələri
Qubadlıda ermənilərin tərk etdiyi mövqelərdən xeyli silah-sursat aşkarlanıb (FOTO)
Yarım milyon manatdan çox pul mənimsəyən baş həkim və işçilərinin məhkəməsi başlayır
Lənkəranda 10-dan çox narkotik alverçisi saxlanılıb
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - ABŞ-da pul siyasətinin dəyişməsi
Ehtiyatda olan hərbçilər toplanışlara çağırılır
Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək
Azərbaycanda narkomaniyaya qarşı qətiyyətli və effektiv mübarizə aparılır - Kamaləddin Qafarov
Saatlıda karantin qaydalarının pozulduğu 3 toy məclisi aşkar edilib (VİDEO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 80 faizə yaxın azalıb
Zaqatalada qanunsuz ov edən şəxslər saxlanılıb (FOTO)
Azərbaycanın regionda yaratdığı yeni reallıq: Zəngəzur dəhlizi
Çin Yerin məsafədən zondlama peykini orbitə buraxmağı planlaşdırır
Əfqanıstanda silahlı toqquşmada 17 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 24 403 nəfər sağalıb
Kanadada yük gəmisində yanğın başlayıb, 16 nəfər təxliyə edilib
İtaliyada əlverişsiz hava şəraitinə görə bir sıra yerlər bağlanıb
Britaniyalı müğənni Ed Şiran koronavirusa yoluxub
İspaniya La Liqası: "Atletiko" səfərdə heç-heçə edib
Ekvadorda qar uçqunu uçması nəticəsində ən azı 4 nəfər ölüb
Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)
Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunduğunu açıqlayıb
44 günlük Vətən müharibəsinin xronikası: 25 oktyabr
Neftçala icra başçısının avtomobillə adam vurması ilə bağlı məlumat yanlışdır - İcra Hakimiyyəti
Mir Şahinin vaxtı (VİDEO)
Makronun iqamətgahı üzərində iki naməlum dron görünüb
Bakıda ikimərtəbəli evdə yanğın olub
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
Özbəkistanda keçirilən prezident seçkilərində 16,03 milyon seçici səs verib
İspaniya La Liqası: "Real Madrid" "Barselona"nı məğlub edib
IFC Azərbaycanda elektron maliyyə xidmətlərinin inkişafına kömək edəcək - Regional menecer
Veteran cüdoçularımız dünya çempionatında daha 3 medal qazanıblar
Avropa İttifaqı Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Müdafiə Nazirliyi həftəlik icmal təqdim edib (VİDEO)
Özbəkistanda prezident seçkiləri başa çatıb
Gürcüstanın baş naziri ölkədə məcburi vaksinasiyaya yol verməyəcəyini bildirib
Dövlət qulluğuna qəbul çərçivəsində inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələri açıqlanıb
İsveçdə qətlə yetirilən 43 yaşlı soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 036 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib
Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak edib (FOTO/VİDEO)
Qaxda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib (FOTO)
Azərbaycan HDQ zabitləri Türkiyədəki təcrübə kursunu uğurla başa vurublar
Özbəkistanda keçirilən prezident seçkiləri çərçivəsində seçicilərin 50% artıq səs verib
Gürcüstanda koronavirusa yoluxanların sayı artır
Masallıda COVID-19 pasportu olmayan sürücülərlə bağlı reyd keçirilib (FOTO)
Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək
İranda koronavirusdan daha 171 nəfər ölüb
İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək
Türkiyə xüsusi təyinatlıları terrorçuların daha bir hücum cəhdinin qarşısını aldı, 5 terrorçu məhv edildi (FOTO/VİDEO)
ABŞ-da Sotheby's hərracında Pablo Pikassonun əl işləri 109 milyon dollara satılıb
Rusiyada ötən sutka ərzində 35 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Özbəkistandakı seçkilər zamanı MDB müşahidəçiləri heç bir pozuntu qeydə almayıb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Goranboyda oğurluq edən şəxslər saxlanılıblar (FOTO)
Saatlı və Sabirabadda COVİD-19-la bağlı nəzarət-profilaktiki tədbirlər davam etdirilir (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən foto paylaşıb (FOTO)
Müdafiə Nazirliyi ötən ilin bu həftəsi ilə bağlı görüntülər yayıb
Rusiyada avtobus yük avtomobiliylə toqquşdu, ölənlər və yaralananlar var
Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb
Özbəkistanda prezident seçkiləri keçirilir
Bakıda birmərtəbəli ev yanıb
Balakəndə qaydalara riayət etməyənlər cərimələnib (FOTO)
Filippin sahillərində güclü zəlzələ olub
ABŞ-da avtomobil yarışları zamanı qəza olub, ölənlər və yaralananlar var
Qazaxıstanda koronavirusa daha 1 677 nəfər yoluxub
Sorğu: Baydenin reytinqi rekord dərəcədə düşüb
Kolumbiyanın ən böyük narkokartelinin başçısı saxlanılıb
Bütün xəbərlər