...

Dövlət qulluğu ilə bağlı müsahibələrdə 27 nəfər uğur qazanıb

Cəmiyyət Materials 26 Yanvar 2019 12:14 (UTC +04:00)
Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi yanvarın 28-də başa çatacaq
Dövlət qulluğu ilə bağlı müsahibələrdə 27 nəfər uğur qazanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci il noyabrın 27-də elan olunmuş dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

DİM-dən Trend-ə verilən məlumata görə, 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (64 vəzifə) növlərinə aid olan 66 vakant vəzifənin tutulması üçün elan edilmiş müsahibədə iştirak üçün qeydiyyat ötən il dekabrın 27-də yekunlaşıb və 235 nəfərin müraciəti qeydə alınıb. Yanvarın 26-na olan məlumata görə, müsahibədə iştirak edən 27 namizəd seçdikləri vəzifələrə uyğun bilinib.

Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi yanvarın 28-də başa çatacaq.

Xatırladaq ki, dövlət orqanları arasında ən çox vakant vəzifə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (14 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə müsahibəyə çıxarılmış 66 vakant vəzifənin 1-i 4-cü təsnifata, 13- ü 5-ci təsnifata, 11-i 6-cı təsnifata, 41-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 12-si BA, 52-si isə BB vəzifə qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti