...

MİDA və YAP Nəsimi Rayon Təşkilatı Gənclər Günü ilə bağlı ağacəkmə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2019 17:29 (UTC +04:00)
Mənzil İnşaatı Dövlət Agentliyi və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı Azərbaycan Gəncləri Gününə həsr edilmiş ağacəkmə aksiyasını təşkil edib.
MİDA və YAP Nəsimi Rayon Təşkilatı Gənclər Günü ilə bağlı ağacəkmə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatı tərəfindən 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Aksiya Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində təşkil olunub.

Tədbirin məqsədi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti və Yeni Azərbaycan Partiyasının «700 min ağac əkək» kampaniyası çərçivəsində gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhvə vermək, ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləməkdir.

Aksiyada partiyanın Nəsimi rayonunda fəaliyyət göstərən bütün təşkilatlarının üzvləri, o cümlədən MİDA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin partiya fəalları iştirak edib.

Aksiya zamanı 200-dən çox yeni ağac əkilib, ərazidə olan Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət yüzdən çox bitkiyə qulluq göstərilib, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti