Qubada "Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu" mövzusunda yığıncaq keçirilib (FOTO)

Qubada "Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu" mövzusunda yığıncaq keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Qubada "Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu" mövzusunda yığıncaq keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Quba rayon İcra Hakimiyyəti və "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yığıncaqda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon Şöbəsinin rəisi Eldəniz Bağıyev Azərbaycan təhlükəsizlik orqanının tarixi barədə danışıb.

Bildirib ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Müdafiə Nazirliyinin tərkibində Baş Qərargahda Kəşfiyyat və Əks Kəşfiyyat Bölməsi yaradılıb. Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti Əks-İnqilabla Mübarizə Təşkilatının yaradılması barədə qərar qəbul edib. Lakin 1920-ci ilin aprel hadisələrində Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlət qurumları ilə bərabər Əks-İnqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırıb:

"Ümummilli Lider Heydər Əliyev deyirdi ki, 1920-1950-ci illərin təhlükəsizlik orqanlarının fəaliyyəti bizim xüsusi xidmət orqanları tarixi üçün qara ləkədir. Heydər Əliyevin təklükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə qurumun yad ünsürlərdən təmizlənməsinə, milliləşmə siyasətinin aparılmasına, milli kadrların irəli çəkilməsinə geniş yer verildi. 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə azərbaycanlının, məhz Heydər Əliyevin təyin olunması bu orqanın tarixində yeni bir səhifənin başlanğıcı oldu. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən, suverenliyi, dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanındıqdan sonra ölkəmizə qarşı daxili və xarici təhdidlərin daha da güclənməsi milli təhlükəsizlik sisteminin yenidən qurulması zərurətini yaratdı və Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi təsis edildi.

Xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında peşəkar kadr potensialını formalaşdırmaq, strukturu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın mənafeyinə cavab verən səviyyədə hazırlamaq üzrə vəzifələri müəyyən etdi".

Şöbə rəisi bildirib ki, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti yüksək səviyyədə fəaliyyətini davam etdirir.

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmət orqanlarındakı fəaliyyətindən danışıb. Bildirib ki, xüsusi xidmət orqanlarında general-mayor rütbəsinə qədər yüksələn Heydər Əliyev bu sistemdə öz adını ilk azərbaycanlı kimi təhlükəsizlik orqanları tarixinə həkk etdirib:

"Heydər Əliyev həm də Azərbaycan milli təhlükəsizlik konsepsiyasının müəllifi və onun gerçəkləşməsini təmin edən səmərəli idarəçilik sisteminin yaradıcısı olub. Heydər Əliyev xüsusi xidmət orqanlarında xidmətə başladığı vaxtdan sovet təhlükəsizliyi orqanlarının fəaliyyəti, azərbaycanlılara qarşı qanunsuz repressiv metodlardan imtina edilməsi, keçmiş repressiya qurbanlarının reabilitasiyası ilə səciyyələndirilən yeni mərhələnin başlanğıcını qoydu. Sonradan Ulu öndər Azərbaycan SSR rəhbərliyi dövründə repressiya qurbanı olan böyük ədibimiz Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Naxçıvana gətirilərək dəfn edilməsi kimi cəsarətli bir təşəbbüsün müəllifi və icraçısı oldu".

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev adından tədbir iştirakçılarını salamlayan xüsusi xidmət orqanları veteranı Əliheydər Dadaşov isə bildirib ki, o xüsusi xidmət orqanlarında çalışması ilə fəxr edir:

"Azərbaycan iqtisadiyyatının, siyasətinin, mədəniyyətinin, incəsənətinin, ümumiyyətlə Azərbaycan həqiqətinin elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev dühası olmasın. O cümlədən respublikamızın təhlükəsizlik orqanları da Ulu öndərin adı ilə bağlıdır. Təkcə ona görə yox ki, Heydər Əliyev təhlükəsizlik orqanlarının əməkdaşı olub və ali qurumların rəhbəri kimi çalışıb. Nə ona qədər, nə də ondan sonra bu orqanlarda çalışanlar Heydər Əliyevin etdiyini edə biliblər. Bunun üçün Heydər Əliyev uzaqgörənliyi, qorxmazlığı və itizəkalılığı lazım idi. Heydər Əliyev hələ sıravi əməkdaş olduğu zaman onun mövqeyi milli köklərimizə bağlı idi. Bu orqanların rəhbəri olduqdan sonra onun milli köklərimizə, vətənimizə bağlı mövqeyi daha da fəallaşdı. Heydər Əliyev qarşısına respublikamızın təhlükəsizliyini təmin etmək vəzifəsi ilə yanaşı, orqanlarımızın milliləşməsi vəzifəsini də qoydu və bunu böyük ustalıqla yerinə yetirdi. Mərkəzi İdarəçiliyin qatılığına və nəzarət məngənəsinə baxmayaraq Heydər Əliyev milli kadrların seçilməsi, hazırlanması və yerləşdirilməsi ilə məşğul oldu və neçə-neçə peşəkar kadrlar yetişdirdi. Heydər Əliyevin rəhbərliyi ilə aparılan əməliyyatlar isə əməkdaşlar üçün əsl örnək, əsl peşəkarlıq məktəbi oldu. Heydər Əliyev Azərbaycanın rəhbəri olduqdan sonra təhlükəsizlik orqanının, bu orqanın əməkdaşlarının nüfuzu daha da artdı. O vaxtkı Dövlət Təhlükəsizlik Komitəsi rəhbərinin dövlət rəhbəri təyin edilməsi minlərlə azərbaycanlı gəncdə bu orqanda işləmək həvəsi, Heydər Əliyevə oxşamaq arzusu yaratdı. Heydər Əliyev rəhbər təyin olan kimi yüzlərlə gənci Sovet İttifaqının şəhərlərinə təhsil almağa yola saldı. Heydər Əliyev həmin gəncləri təkcə təhlükəsizlik orqanları üçün deyil, Azərbaycanın xalq təsərrüfatının bütün sahələri üçün hazırlayırdı. Heydər Əliyev öz soyuqqanlılığı, iti təfəkkürü və vətənə bağlılığı ilə seçilirdi və bu plan da hamı üçün nümunə idi. Bu gün də Ulu öndərin həyatı hamı üçün, xüsusən də gənclər üçün, o cümlədən təhlükəsizlik orqanlarında çalışan gənc əməkdaşlar üçün örnək olmalıdır".

Ə.Dadaşov bildirib ki, bu gün Azərbaycanın təhlükəsizlik orqanlarında çalışan gənclər vətənin müdafiəsinə daim hazır olmalı və canlarından keçməyi bacarmalıdırlar:

"Bu gün Heydər Əliyev məktəbinin ən layiqli davamçıları Prezident İlham Əliyev və Mehriban xanım Əliyevadır. Bu insanlar yorulmaq bilmədən Azərbaycanın çiçəklənməsi naminə tariximizə yeni zəfər səhifələri yazıblar. Biz hamımız bu fədakar insanların ətrafında sıx birləşməliyik, onların beynəlxalq aləmdə çox gərgin şəraitdə apardığı daxili və xarici siyasəti dəstəkləməliyik və bütün qüvvələrimizi səfərbər etməliyik".

Tədbirdə çıxış edən "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayev bildirib ki, tədbiri keçirməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətindəki əvəzsiz rolu və Heydər Əliyevin fədakarlıq məktəbini keçən şəxslərin xatırlanmasıdır: "Heydər Əliyev təkcə xüsusi xidmət orqanları üçün deyil, ümumilikdə dövlət, millət üçün çalışırdı. Heydər Əliyev Azərbaycan naminə çalışdı. Bu gün Heydər Əliyevin davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində də Azərbaycan sürətlə inkişaf edir".

Tədbirin sonunda "Ulu Öndər" filmi nümayiş olunub.

Məişət zorakılığından zərər çəkənlər üçün yeni yardım mərkəzlərinin akkreditasiyası keçiriləcək
Məişət zorakılığından zərər çəkənlər üçün yeni yardım mərkəzlərinin akkreditasiyası keçiriləcək
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir (VİDEO)
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir (VİDEO)
18 yaşlı dizayneri işdə "tok" vurub öldürdü
18 yaşlı dizayneri işdə "tok" vurub öldürdü
Loading Bars
Xəbər lenti
Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanılıb
Məişət zorakılığından zərər çəkənlər üçün yeni yardım mərkəzlərinin akkreditasiyası keçiriləcək
Meksikada yük maşınında 9 nəfərin meyiti tapılıb
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
Qarabağda potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb
Bakı-Qəbələ qatarında gediş-gəliş nə vaxt və neçəyə olacaq? - ADY-dən açıqlama
Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib
Ölkədə 5 ulduzlu hotellərə tələbat daha çoxdur - Dövlət Turizm Agentliyi
Xırdalanda vaqon yanıb (ƏLAVƏ OLUNUB)
TAP-ın genişləndirilməsi ilə bağlı üç ssenari təklif edilir
TAP-la nəql olunan qazın həcmi açıqlanıb
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisinə başlanılıb (FOTO)
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
MDU-nun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar (FOTO)
TAP-ın genişləndirilməsi üzrə bazar sınaqları başlayıb
Bakıdan Qəbələyə ilk qatar yola düşüb (FOTO)
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir (VİDEO)
ABŞ Prezidentinin müşaviri Prezident İlham Əliyevə zəng edib
18 yaşlı dizayneri işdə "tok" vurub öldürdü
Binəqədidə bir neçə mağaza yanıb
Bu il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb
Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar il ərzində bir qədər azalıb
Kanada bu həftə 4,5 milyon doza koronavirus peyvəndi alacaq
Qazaxıstanda koronavirusa daha 1 837 nəfər yoluxub
Dördüncü sənaye inqilabı post-pandemiya dövründə artıma daha tez qayıtmağa imkan verəcək - "Honeywell"
Misir İsraili Qəzzada tibb müəssisələrinə zərbələr endirməkdən çəkinməyə çağırır
Bu gündən Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır
Finlandiya Rusiya neftinin alışını tədricən azaldır
Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub
Misir Qəzza zolağına 65 ton tibbi avadanlıq və dərman göndərəcək
Dünya İqtisadi Forumunun xüsusi iclası bu il keçirilməyəcək
Kolumbiyada qarşıdurmalar davam edir, yenə ölən və çoxlu sayda yaralı var
Ekvadorda avtobus qəzasında 9 nəfər öldü
Türkiyədə son sutkada koronavirusdan 13 864 nəfər sağalıb
Rusiyada helikopter qəzaya uğrayıb, ölən və itkin düşən var
Hikmət Hacıyev Brüsseldə Aİ komissarı ilə görüşüb
Daşkəsəndə Yol Polisi nəzarət-profilaktik tədbirləri davam etdirir (FOTO)
Dünyada ötən sutka koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard dollara yaxınlaşıb
Gürcüstandakı insident barışıqla başa çatdı
Azərbaycanın qaz ixracı 80 faizə yaxın artıb
"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb
Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib
İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Xaçmaz rayonunda Zəfər parkı inşa edilir (FOTO)
Ermənistan “bir tük də qənimətdir” prinsipi ilə yenə KTMT-dən mədət umur
Dələduz iş başında yaxalanıb
Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb
Azərbaycan neft ixracını azaldıb
Dünyada ən çox satılan avtomobillər hansılardır?
Bakı Baş Gömrük İdarəsində əməliyyat: Vəzifəli şəxslər rüşvət alarkən saxlanıldı
Hikmət Hacıyev Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb (FOTO)
Qubada qardaşlar çaya düşüb, biri ölüb
“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı
Teledərslərin mayın 18-nə olan cədvəli
Ölkəmizin uğurlarına qısqanclıqla yanaşanlar dost ölkələrlə münasibətlərimizi pozmağa cəhd göstərirlər - Deputat
Bakıda küçə və prospektlərdə sıxlıq var - BNA (FOTO)
Tovuzda 10 yaşlı qızın qətlində təqsirləndirilən şəxsin məhkəməsi başladı
Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib - Arzu Nağıyev
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir (FOTO)
Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır - TƏBİB
Mayın 18-nə USD/AZN rəsmi məzənnəsi
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (FOTO/VİDEO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedib
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb - Nazir
Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müraciətlər bu tarixdən aktivləşir
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
277 nəfər buraxılış imtahanına gəlməyib - DİM
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
DİM buraxılış imtahanlarının nəticələrini elan etdi
Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri revanşist qüvvələrə mesaj olacaq - Ekspert
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
ÜGT-nin Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” mövzusunda seminarı keçirilir (FOTO)
Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını nəşr edib
AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat
“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb - Yaralılar var
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
Yığmamız dünya birinciliyinə qatılacaq
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıya gəlib (FOTO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Əkinlərini düzgün bəyan etməyən fermerlər subsidiyadan məhrum olunacaq - Nazirlik
TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Bütün xəbərlər