...

Almaniyalı professor Azərbaycan Universitetində mühazirə oxuyacaq (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2019 17:52 (UTC +04:00)
Almaniyanın tərəfdaş Koblenz Universitetinin professoru Martina Brück Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyacaq.
Almaniyalı professor Azərbaycan Universitetində mühazirə oxuyacaq (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Almaniyanın tərəfdaş Koblenz Universitetinin professoru Martina Brück Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyacaq.

Universitetdən Trend-ə verilən məlumata görə, “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Universitetinə gələn almaniyalı professor iki həftə ərzində tədris prosesində iştirak edəcək.

Professor Martina Brückün mühazirələri Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarında tədris olunan "Korporativ maliyyə", "Maliyyə menecmenti" və "Statistika" fənlərini, MBA qruplarında isə "Maliyyə analizi və kredit strukturlarına giriş" fənlərini əhatə edəcək.

Professor Martina Brück dərslərə başlamazdan əvvəl Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva ilə görüşüb. Görüşdə Azərbaycan və Koblenz uniiversitetləri arasındakı əlaqələr yüksək qiymətləndirilib və “Erasmus+” mübadilə proqramı vasitəsilə tələbələr üçün yaradılan imkanlar haqqında müsbət fikirlər səsləndirilib. Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq professor Bakı haqqında yüksək təəssüratlarını bildirib.

Qonaq professor universitetin tədris binasını da gəzib və yaz semestrində mübadilə proqramı ilə Azərbaycan Universitetində oxuyacaq almaniyalı tələbələrlə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti