...

"Prime Education" şirkəti xaricdə təhsil almaq üçün imkanlar yaradır (FOTO)

Cəmiyyət Materials 1 Mart 2019 10:30 (UTC +04:00)
Xaricdə təhsil - bir çox gəncin xəyalidır. Düzgün seçilmiş universitet gələcəkdə aparıcı şirkətlərdə karyera perspektivlərini açacaq və ya öz biznesinizi qurmağa kömək edəcəkdir.
"Prime Education" şirkəti xaricdə təhsil almaq üçün imkanlar yaradır (FOTO)

Bakı. Trend:

Xaricdə təhsil - bir çox gəncin xəyalidır. Düzgün seçilmiş universitet gələcəkdə aparıcı şirkətlərdə karyera perspektivlərini açacaq və ya öz biznesinizi qurmağa kömək edəcəkdir.

Bu gün Prime Education şirkətinin dəstəyi ilə, dünyanın aparıcı qonaqpərvərlik universitetlərindən biri olan Les Roches Universitetinə (Les Roches International Hotel Management) qəbul olan Rüstəm Quliyevlə görüşdük.

- Salam, Rüstəm.

- Salam.

- Bu universiteti nəyə görə seçdiyinizi bilmək olar?

- Mən qonaqpərvərlik sektorunda karyera qurmaqda çox maraqlıyam. Oteldə artıq təcrübəm var. Ancaq bu sahədə uğur qazanmaq üçün nəzəri və praktik biliklərim demək olar ki yoxdur. Buna görə mən lazım olan bilik və bacarıqlar əldə edə biləcəyim bir universitetə ​​müraciət etmək qərarına gəldim. Təsadüfən, Les Roches Universiteti haqqında öyrəndim və bu universitetin mənə lazım olduğunu başa düşdüm.

- Belə bir universitetə ​​qəbul olmaq çətin idi?

- Onlayn müraciət etdim və universitet nümayəndələri mənim ilə əlaqə saxladılar. Onlar mənimlə müsahibə keçirdilər və mənim İngilis dili sevəyyəmi yoxlayıb, motivasiyam haqqında bir neçə sual verdilər. Bundan sonra universitetə ​​qəbul aldım. Xoşbəxtəm ki, Bakıda Les Roches Universitetinin rəsmi tərəfdaşları olan Prime Education şirkəti var. Şirkət nümayəndələri mənə vacib olan sənədləri hazırlamaqda və qarşılaşdığım bütün çətinliklərin həlli ilə tamamilə pulsuz kömək etdilər.

- Daha sonra?

- Qəbulum təsdiqləndikdən sonra viza üçün müraciət etdim. İspaniyaya asanlıqla tələbə vizası ala bildim və gediş üçün hazırlaşmağa başladım.

- Artıq bir aydır ki İspaniyada oxuyursuz. Universitetin təklif etdiyi təhsili bəyənirsiniz?

- Çox bəyənirəm. Mən artıq müxtəlif ölkələrdən gəlmiş tələbələr ilə tanış olmuşam, çünki buraya oxumağa gələn tələbələr fərqli-fərqli ölkələrdəndir. Düşünürəm ki, bu, universitetin böyük üstünlüyüdür, çünki biz qonaqpərvərlik kimi bir sahədə əvəzsiz təcrübə olan müxtəlif mədəniyyətlərin nümayəndələri ilə ünsiyyət qururuq.

Dərslər də çox maraqlı keçir. Mən artıq bir çox yeni şeylər öyrənmişəm və bunu praktikada tətbiq etmək imkanını gözləyirəm. İkinci semestrdə bizi dünyanın aparıcı mehmanxanalarda və qonaqpərvərlik sahəsində olan şirkətlərdə təcrübə gözləyir.

Düşünürəm ki, təhsilin praktik tərəflərinə göstərilən bu diqqət çox vacibdir. Bu da Les Roches Universitetini seçməyimin daha bir səbəbi idi.

- Rüstəm, cavablar üçün təşəkkür edirik. Təhsilinizdə və gələcək karyeranızda uğurlar diləyirik.

- Təşəkkür edirəm.

Universitet və qəbul şərtləri haqqında daha ətraflı məlumat üçün Prime Education şirkəti ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrəsi: +99450 207 21 13

+99412 488 67 85 (ext. 12)

İnstagram: https://www.instagram.com/xaricdetehsil_edu/ Facebook: https://www.facebook.com/primeeducation.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti