...

Turizm sahəsində ixtisaslaşan tələbələrin görüşü keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 5 Mart 2019 04:16 (UTC +04:00)
“Tourism Students Meetup” layihəsi reallaşıb və tələbələrin böyük marağı ilə keçirilib.
Turizm sahəsində ixtisaslaşan tələbələrin görüşü keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

“Tourism Students Meetup” layihəsi reallaşıb və tələbələrin böyük marağı ilə keçirilib.

Təşkilatçılardan Trend-ə verilən məlumata görə, layihə Azərbaycanda turizm sahəsində ixtisaslaşan tələbələr üçün iri həcmdə keçirilən ilk və tək platformadır.

Tədbir zamanı yeni yaranmış Turizm Labaratoriyasının (Tourism Lab.) təqdimatı keçirildi. Turizm Labaratoriyasının nəzdində fəaliyyətə başlayan “Tourism Students Meetup” layihəsinin koordinatoru Fatimə Əliyeva açılış nitqini söylədi. Daha sonra “Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova Azərbaycanda turizm sahəsinin inkişafı üçün əməkdaşlığın vacib olduğunu vurğuladı. Həmçinin, tələbələr üçün təlim-tədris xidməti göstərən AHA-nın (Azerbaijan Hospitality Academy) təqdimatı keçirilib. AHA-nın rəhbəri Nərmin Əlisoy çıxışında qeyd etdi ki, turizm sahəsində oxuyan tələbələr və gələcək karyerasını bu sahədə görən şəxsləri turizm mütəxəssisləri ilə mütamadi görüşlərini təşkil edəcəyik.

“Tourism Students Meetup” platformasının çıxışçıları:

Rövşən Nəcəfov – Təlimçi, “İnsan Mühəndisliyi” proqramının rəhbəri;

Samir Əliyev – İaşə şöbəsinin müdiri, “Boulevard Hotel Autograph Colletion”

Kamil Dadaşov – Art director, “Mauve Hospitality”

Nadir Fərəcov – Biznes İnkişaf Direktoru, “Mondo Travel”

Jalə Ələkbərova – Travel Blogger

Racı Əhlimanzadə - Mərkəzi İnventorizasiya üzrə Menecer, “Absheron Hotel Group”

Fərid Əliyev – Satış koordinatoru, “Pasha Travel”

Rahib İsmixanov – Baş Menecer, “Sumgayit Plaza Hotel”

Ələkbər Eyvazlı – Rəqəmsal Marketinq mütəxəssisi

Həvva Səfərova – Turizm Labaratoriyasının (Tourism Lab.) rəhbəri

Qeyd edək ki, “Tourism Students Meetup” platforması turizm tələbələrinin professional biznes mühiti ilə tanışlığına imkan yaradır, turizm sənayesinin mütəxəssislərinin məsləhət və ən yaxşı nümunələrini təqdim edən layihədir. “Tourism Students Meetup” layihəsi yeni yaradılmış Turizm Labaratoriyasının (Tourism Lab.) tələbələr üçün nəzərdə tutulmuş fəaliyyət istiqamətidir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti