...

Bakıda qaydaları pozmayan qadın sürücülər mükafatlandırılır (FOTO)

Cəmiyyət Materials 8 Mart 2019 10:53 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi (BNA), “Avto FM” və Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsi (DYP) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar ənənəvi aksiya keçirir.
Bakıda qaydaları pozmayan qadın sürücülər mükafatlandırılır (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA), “Avto FM” və Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsi (DYP) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar ənənəvi aksiya keçirir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən aksiya zamanı şəhərin müxtəlif yerlərində qadın sürücülər saxlanılır və il ərzində inzibati xətası qeydə alınmayan, saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən qadın sürücülər müəyyən edilir və onlar BNA və DYP əməkdaşları tərəfindən “Nümunəvi qadın sürücü” elan edilərək gül buketi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılır.

Aksiyaya 8 mart 2019-u il saat 10:00-da “Avto FM” radiosunun canlı efirində start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti