...

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi olub (FOTO)

Cəmiyyət Materials 17 Mart 2019 15:09 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunda final mərhələsinin ikinci gününün qalibləri və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi olub (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunda final mərhələsinin ikinci gününün qalibləri və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, kişilər arasında dayaqlı tullanma, dəstəli at üzərində və turnikdə hərəkətlər, qadınlar arasında isə gimnastika tiri üzərində və sərbəst hərəkətlər üzrə qaliblər və mükafatçılar mükafatlandırılıb.

Qeyd edək ki, Bakıda 14-17 mart tarixlərində Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayıb. Olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti