...

UNEC professor-müəllim heyəti və tələbələri “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət etdi (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2019 12:26 (UTC +04:00)
UNEC-in professor-müəllim heyəti və tələbələrdən ibarət kollektivi martın 30-da “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib.
UNEC professor-müəllim heyəti və tələbələri “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət etdi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

UNEC-in professor-müəllim heyəti və tələbələrdən ibarət kollektivi martın 30-da “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib.

UNEC-dən Trend-ə verilən məlumata görə, ziyarət zamanı müəllim və tələbələr bələdçi tərəfindən bir sıra arxiv sənədləri, bir çox tarixi şəkillərlə ətraflı tanış edilərək, erməni vəhşiliyinin şahidi olublar.

Ziyarətdən sonra UNEC-in kollektivi tərəfindən Universitetin Quba, Tədris, İdman və İstirahət Kompleksinin konfrans zalında 1918-ci il Azərbaycanlıların Soyqırımının 101 illiyinə həsr edilmiş “31 Mart - Azərbaycanlıların Soyqırımı: səbəblər və nəticələr” mövzusunda Tələbə Elmi Konfransı keçirilib. Konfrans iştirakçılarını UNEC-in tələbələrlə iş üzrə prorektoru dos. Səadət Qəndilova salamlamış və 31 Mart Azərbaycanlıların Soyqırımı barədə tələbələrə ətraflı məlumat verib.

Daha sonra Ekspertiza və standartlaşdırma” fakültəsinin dekanı dos. Tofiq Osmanov, “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının dosenti i.f.d. Elşən Məmmədov geniş çıxış ediblər və söz konfrans məruzəçilərinə verilib.

Konfransda “Humanitar fənlər kafedrasının” baş müəllimi t.f.d. Cəmilə Həsənova, “Azərbaycan dili” kafedrasının dosenti fil.e.n. Aynur Qədiməliyeva, eləcə də “İqtisadiyyat” fakültəsinin tələbələri Fuad Əliyev, Günay Əliyeva, Aynur Osmanlı və Ruslan Quliyev soyqırım barədə müxtəlif mövzularda öz məruzələri ilə çıxış ediblər. Sonda “İqtisadiyyat” fakültəsinin dekanı dos. Asiman Quliyev Azərbaycanlıların soyqırımı haqqında ətraflı çıxış edərək konfransı qapalı elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti