...

Rezidenturaya qəbul imtahanı başlayır

Cəmiyyət Materials 1 Aprel 2019 15:33 (UTC +04:00)
Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi aprelin 7-də keçiriləcək.
Rezidenturaya qəbul imtahanı başlayır

Bakı. İlhamə İsabalayeva - Trend:

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi aprelin 7-də keçiriləcək.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat veirlib.

İmtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti