...

İlahiyyat İnstitutunun bir qrup tələbəsi şəhid ailəsini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2019 12:55 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Fəxrəddin Qurbanlının ailəsinə baş çəkib.
İlahiyyat İnstitutunun bir qrup tələbəsi şəhid ailəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Fəxrəddin Qurbanlının ailəsinə baş çəkib.

Aİİ-dən Trend-ə verilən məlumata görə, tələbələr daha sonra Fəxrəddin Qurbanlının məzarını ziyarət edərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Fəxrəddin Qurbanlı 13 yanvar 1994-cü il tarixdə Bakı şəhərində anadan olub. Orta təhsilini 2011-ci ildə başa vurub və Azərbaycan Universitetinin Sosial iş fakültəsinə daxil olub.

Fəxrəddin Qurbanlı 2016-cı il aprelin əvvəllərində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. Aprelin 9-da o, doğulduğu Sabunçu rayonunda son mənzilə yola salınıb.

Şəhidimiz ölümündən sonra göstərdiyi igidliyə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan tarixinin qürurverici səhifələrindən biri olan 2016-cı il Aprel döyüşləri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusunun hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə qüdrətli ordular sırasında olduğunu bir daha göstərdi. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı uğurlu əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu minlərlə hektar torpağı işğaldan azad edərək, həmçinin strateji cəhətdən mühüm ərazilərə sahib oldu.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstititutu gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərin təbliği, şəhidlərimizin əziz xatirəsinin uca tutulması istiqamətində ardıcıl tədbirlər, görüşlər, “dəyirmi masa”lar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti