...

ADU-nun rektoru Kamal Abdulla DTX-nin yubiley medalı ilə təltif olunub (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2019 14:53 (UTC +04:00)
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaranmasının 100 illiyi münasibətilə təltif olunub.
ADU-nun rektoru Kamal Abdulla DTX-nin yubiley medalı ilə təltif olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaranmasının 100 illiyi münasibətilə təltif olunub.

ADU-dan Trend-ə verilən məlumata görə, təqdimat mərasimində çıxış edən xidmətin səlahiyyətli şəxsi bildirib ki, yubiley medalının akademik Kamal Abdullaya təqdim olunması Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Dillər Universitetinin kollektivinə olan böyük etimadının bariz nümunəsidir.

ADU-nun rektoru xidmətin uğurlu fəaliyyətindən danışıb. O, bildirib ki, dövlətçiliyimizin, milli maraqlarımızın qorunması istiqamətində xidmət əməkdaşlarının fədakar əməyi hər zaman yüksək qiymətləndirilib:

“Məni belə bir şərəfli ada layiq gördüyünüzə görə təşəkkür edirəm. Bilirəm ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları dövlətçiliyimizin keşiyində çox böyük mətanətlə durublar. Azərbaycan Dillər Universitetinin əməkdaşları da tələbə, vətəndaş yetişdirməklə, cəmiyyətlə yüksək səviyyədə ünsiyyət qurmaqla dövlətçiyimizə xidmət edirlər. Bu medal təkcə mənə yox, bütün kollektivimizə verilən təltifdir. Dövlət Təhlükəslizliyi Xidmətinin 100 illiyi münasibəti ilə təbrik məktubumuzu, xoş arzularımızı xidmətin rəisi, general-polkovnik Mədət Quliyevə ünvanlamışıq. Bu əlamətdar yubiley münasibəti ilə xidmətin bütün kollektivini bir daha təbrik edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti