...

10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Xəzər rayonda konsert proqramı və atəşfəşanlıq keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2019 11:45 (UTC +04:00)
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Xəzər rayonda konsert proqramı və atəşfəşanlıq keçirilib
10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Xəzər rayonda konsert proqramı və atəşfəşanlıq keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Xəzər rayonda konsert proqramı və atəşfəşanlıq keçirilib.

Trend-in məlumatına görə, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkında konsert proqramı təşkil olunub.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, rayon üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektivləri rayonun fəal gəncləri və rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış edərək Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə xalqımızı təbrik edib, ölkənin həyatında çox əlamətdar hadisə baş verdiyini bildiriblər.

Həmçinin bildiriblər ki, Azərbaycan əhalisinin sayının sürətlə artması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik və uzaqgörən siyasətinin nəticəsində Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsində baş verib.

Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu göstəriciyə görə də qabaqcıl ölkələrdən biridir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur. Azərbaycanda isə əhalinin sayı dinamik templə artır.

Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir.

Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına şərait yaradır.

Tədbirdə incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib. Tədbirin sonunda atəşfəşanlıqla sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti