...

Dövlət qulluğuna qəbulla bağlı aprelin 21-də imtahan keçiriləcək

Cəmiyyət Materials 16 Aprel 2019 10:54 (UTC +04:00)
İnzibati dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər
Dövlət qulluğuna qəbulla bağlı aprelin 21-də imtahan keçiriləcək

Bakı. Elçin Mehdiyev - Trend:

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 21 aprel 2019-cu il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti