...

Azərbaycan və Polşanın müstəqilliyinin 100 illiyi şərəfinə ağaclar əkilib (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2019 16:01 (UTC +04:00)
Polşaya rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Jozef Polinski adına parkda Azərbaycan və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağacların əkilməsi mərasimində iştirak edib.
Azərbaycan və Polşanın müstəqilliyinin 100 illiyi şərəfinə ağaclar əkilib (FOTO)

Bakı. Trend:

Polşaya rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Jozef Polinski adına parkda Azərbaycan və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağacların əkilməsi mərasimində iştirak edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən parkda, həmçinin Azərbaycan hökuməti tərəfindən “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə”abidə qurulub.

Bu abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) Polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti