...

Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

Cəmiyyət Materials 18 May 2019 09:02 (UTC +04:00)
Bu gün növbəti TOEFL IBT və "PTE Academic" ingilis dili imtahanları keçiriləcək.
Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün növbəti TOEFL IBT və "PTE Academic" ingilis dili imtahanları keçiriləcək. İmtahanlar Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

DİM-dən Trend-ə verilən məlumata görə, TOEFL IBT imtahanı saat 09:30-da başlayacaq. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

"PTE Academic" ingilis dili imtahanı isə saat 10:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti