...

Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

Cəmiyyət Materials 21 May 2019 10:33 (UTC +04:00)
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 milyon manatlıq məhsul istehsal edilib.
Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7 faiz, maşın və avadanlıqların istehsalı 12,1 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,2 faiz azalıb.

Dövr ərzində 451 ədəd traktor, 436 ədəd minik avtomobili istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti