Ombudsmanın nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

Ombudsmanın nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

Bakı. Trend:

Məlum olduğu kimi, ölkə Ombudsmanı fəaliyyətə başladığı ilk günlərdən beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmlənməsinə böyük önəm verir. Belə ki, Ombudsman təsisatı insan hüquqlarının müdafiəsi və təbliği, hüquq pozuntularının qarşısının alınması sahəsində qabaqcıl təcrübələr tətbiq edilməklə xarici Ombudsmanlarla birgə məqsədyönlü işlər görür, nəticədə təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində, həmin ölkələrin vətəndaşlarının isə ölkəmizdə hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri inkişaf etdirilir.

Trend-in məlumatına görə, bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Turan Cahangirova Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş Ombudsmanların Koordinasiya Şurasının “Vətəndaşların əmək hüquqlarının müdafiəsi” mövzusuna həsr edilmiş iclasında iştirak edib.

Tədbirə bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyasının və subyektlərinin ombudsmanları və səlahiyyətli nümayəndələri, hökumət üzvləri, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların nümayəndələri, bu sahədə ixtisaslaşmış elm xadimləri qatılıblar.

Ombudsmanın nümayəndəsi tədbirdə məruzə ilə çıxış edərək bildirib ki, ölkəmizdə aparılan iqtisadi-sosial islahatlar, neft, son illərdə isə qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığının inkişafı, habelə regionların inkişafı üzrə Dövlət Proqramının və milli məşğulluq strategiyasının icrası nəticəsində əhalinin rifah halı əhəmiyyətli şəkildə yüksəldilib, yeni iş yerləri yaradılıb, bununla da davamlı inkişafa, insan hüquq və azadlıqlarının səmərəli təmininə zəmin yaradılıb.

T.Cahangirova Müvəkkilin əhalinin müxtəlif kateqoriyalarının əmək hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirdiyi işlər barədə söhbət açaraq, bu fəaliyyətin həm də qaçqın, məcburi köçkün və miqrantların, qadınların, əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial problemlərinin həlli, onların maraqlarının təmini istiqamətində dəstək tədbirlərinin artırılmasına və bu məqsədlə tərəfdaşlığın gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

O, ölkəmizdə öz doğma torpaqlarını tərk etməyə məcbur edilərək qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan çox şəxsin müvəqqəti yerləşdirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, həmçinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verərək, təkcə 2018-ci ildə keçirilən əmək yarmarkaları nəticəsində ölkənin 141 təşkilatında 994 məcburi köçkünün iş yeri ilə təmin edildiyini bildirib.

Eyni zamanda, müntəzəm qaydada bu sahədə çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təsisat tərəfindən hazırlanmış xüsusi tədris vəsaitləri əsasında keçirilən təlimlər vasitəsilə bacarıqlarının artırılması, hüquqpozmaların qarşısının alınması, habelə vətəndaş cəmiyyəti təsisatlarının və yerli icmaların hüquqi maarifləndirməsi istiqamətində sistemli tədbirlərin görüldüyünü və monitorinqlərin keçirildiyi bildirilib.

Çıxışda həmçinin, vətəndaşların əmək hüquqlarının səmərəli təmini ilə əlaqədar Müvəkkil tərəfindən təklif və tövsiyələr verildiyi, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığı, dövlət qurumları ilə yanaşı xarici həmkarları ilə əməkdaşlıq çərçivəsində bir çox problemlərin həllinə nail olunduğu, insanların Müvəkkilə öz müraciətlərini təqdim etmələri üçün geniş imkanların yaradıldığı qeyd olunub, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində tətbiq etdiyi çoxsaylı müsbət təcrübələr barədə məlumat verilib.

Şuranın iclasında çıxış edən ombudsmanlar və digər ekspertlər Azərbaycanda insan hüquqlarının təmini və təşviqi, habelə Azərbaycan Ombudsmanının bu istiqamətdə fəaliyyəti barədə məlumatı maraqla qarşılayıb.

Müvəkkilin nümayəndəsi həmçinin, Rusiya Ombudsmanının təşkilatçılığı ilə keçirilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması prosedurlarının təkmilləşdirilməsi üzrə seminarda da iştirak edib.

“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib (FOTO/VİDEO)
Arye Qut: Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib
ADPU-da “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirib (FOTO)
Şamaxıda "Mercedes" yanıb
Bakı sakini qardaşı tərəfindən qətlə yetirilib
Türkiyədə yol qəzası baş verib, ölən və yaralananlar var
Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb
BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb
Qaxda yol qəzası nəticəsində "VAZ" yanıb
Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu
Belarusda prezident seçkilərində seçki məntəqələri açılıb
Tramp pandemiya zamanı amerikalıları dəstəkləmək üçün bir sıra fərmanlar imzalayıb
Xəzər dənizində zəlzələ olub
Esper: Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq
Abşeronda transformator yanıb
Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub
Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 728 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)
Çində ötən sutka ərzində 23 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb
Çexiyada yaşayış binasında yanğın olub, 11 nəfər ölüb
Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb
Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu
Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 284 mindən çox artıb
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub
Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib
Masallıda meşə ərazisində yanğın olub
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Qazaxda 2 ədəd minaatan mərmisi tapılıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 222 min nəfəri ötüb
Pirlo "Yuventus"un baş məşqçisi təyin edildi
Mingəçevirdə birmərtəbəli ev yanıb
Tamam Cəfərova: Vətəndaşlarımızın sağlamlığı və sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqətindədir
Pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyi “Hədəf”də təhlil olunub
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini müşahidə edir (FOTO)
Beyrutda etirazçılar XİN-in və İqtisadiyyat Nazirliyinin binalarına daxil olublar (ƏLAVƏ OLUNUB)
Bakıda zəncirvari qəza yolda tıxaca səbəb oldu (VİDEO)
Deputat: Prezidentin şəhid ailələrinə və müharibə əllilərinə qayğısı hər zaman yüksək olub
Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb (FOTO)
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
Otellərdə Operativ Nəzarət Qrupu yaradılacaq
Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib
Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 158-ə çatıb
Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib
Azərbaycanda koronavirusa yoluxanların 89 faizi sağalıb
AQTA daha 70 obyektdə pozuntular aşkarlayıb
Azərbaycanlı Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub (FOTO)
Arzu Nağıyev: Belarusda seçicilər sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər (FOTO/VİDEO)
13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq
İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq
Hikmət Babaoğlu: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər
Komitə: Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib (FOTO)
Bakıda üçmərtəbəli binanın alkopan divarları yanıb
Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO/VİDEO)
Çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirilir
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
"ADY Container" yük daşımalarının həcmini artırıb
Azərbaycanda koronavirusa yoluxanların sayı rekord sayda azalıb
Beyləqanda keçmiş məhkum avtomobil oğurlayıb
Prezident İlham Əliyev Sinqapurun dövlət başçısını təbrik edib
Naqif Həmzəyev: Bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir
Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi
Zərdabda kafedə ad günü məclisi təşkil edənlər saxlanıldı (FOTO)
"Keşlə" Tərlan Əhmədovla yollarını ayırdı
Şahbaz Muradov fəxri diplomla təltif edilib - SƏRƏNCAM
Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq
Xırdalanda yanğın baş verib
Vitse-prezident: Türkiyə ciddi ziyan dəymiş Beyrut limanını bərpa etməyə hazırdır
“ЛІГАБізнесІнформ”: Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası: bir düyün, iki çıxış yolu
Somalinin paytaxtında güclü partlayış törədilib
İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır
Azərbaycanda modul tipli məktəblərin quraşdırılmasına 7 milyon manat ayrılıb - SƏRƏNCAM
Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb
İstirahət günü Bakıda 33, rayonlarda 38 dəcəyədək isti olacaq
Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında
Dənizdə hamilə arvadını boğaraq öldürən şəxs tutulub
Məscidlərin açılmasına hələ gedə bilmərik - Şahmar Mövsümov
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İçməli sudan qeyri-qanuni istifadə edənlərə qarşı gecə reydləri olacaq - Xəbərdarlıq (FOTO)
Şahmar Mövsümov: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması liberallaşmanın başlamasıdır
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olunub (FOTO)
Yaqut Qarayeva: Ölən tibb işçiləri daha çox təcili tibbi yardım sahəsində çalışanlar olub
Pərvin Kərimzadə: Ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzindədir
Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib
Ezamiyyət vərəqəsinin tələb olunması nəzarət etmək üçün düzgün addımdır - Şahmar Mövsümov
Bu gün metronun açılması müzakirə olunmur - RƏSMİ
TƏBİB: Yoluxmanın yüksək olduğu ölkələrin təcrübələri daha çox öyrənilir
Ay ərzində 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur - Şahmar Mövsümov
Heç bir ölkə ilə sərhədlərimizi açmamışıq - PA rəsmisi
TƏBİB: Xaricdən həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir
Prezidentin köməkçisi: Rayonlara gediş-gəliş açılanda digər istiqamətlərə də uçuşlar bərpa olunacaq
Hazırki epidemioloji vəziyyət toyların keçrilməsinə imkan vermir - Şahmar Mövsümov
Təhsil naziri: Rəqabətqabiliyyətli kadrların hazırlığına xüsusi diqqət artırılmalıdır
Metronun bağlı olması gün ərzində 600 min sərnişinin daşınmasını əngəlləyir - PA rəsmisi
Rəqəmsallaşma davam etdirilsə, dövlət sahibkarlara dəstək mexanizmi həyata keçirə bilər - Rövşən Nəcəf
Məktəblərin açılması nə zamana planlaşdırılır? - RƏSMİ AÇIQLAMA
Şahmar Mövsümov: Toplaşmalar artdıqca karantin qaydaları pozulacaq və yoluxmalar çoxalacaq
Növbəti həftədə açıq havada kafe və restoranların fəaliyyəti bərpa oluna bilər
Bütün xəbərlər