...

Rusiya üçlüyü aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb

Cəmiyyət Materials 26 May 2019 13:10 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının gənclər arasında üçlük proqramında qaliblər müəyyənləşib.
Rusiya üçlüyü  aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının gənclər arasında üçlük proqramında qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, birinci yerə Rusiya təmsilçiləri (ikinci komanda, 20,100 bal), ikinci yerə rumıniyalı gimnastlar (19,950 bal), üçüncü yerə isə rusiyalı gimnastlar (birinci komanda, 19,950 bal) layiq görülüblər.

Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb.

Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar.

Ölkəmizi final mərhələsində aero-dans proqramında gənc gimnastlar komandası təmsil edəcək, böyük gimnastlar isə aero-dans proqramı və qruplar tərkibində çıxış edəcəklər.

Xatırladaq ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti