...

Yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində əksər çaylarda sululuq artıb

Cəmiyyət Materials 28 May 2019 09:15 (UTC +04:00)
Çaylarda sululuq səviyyəsi dəyişib.
Yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində əksər çaylarda sululuq artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Çaylarda sululuq səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində yağan yağış, bəzi yerlərdə lokal leysan xarakterli olması nəticəsində əksər çaylarda sululuq artıb, Gorançay çayında isə qısamüddətli daşqın qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az olmaqla 60-70, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 70-120 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 435 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 63 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 297 m3/s olmaqla, ongünlük normadan az olub.

Mayın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 64 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 95 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 322 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 96 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 201 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, mayın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 477 sm təşkil edib. Bu rəqəm 2018-ci il mayın 27-də isə 322 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 259 sm qeydə alınıb. 2018-ci il mayın 27-də isə bu rəqəm 139 sm təşkil edib. Salyanda suyun səviyyəsi 10 sm artıb və 235 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 61 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 221 sm olub və bu göstərici 2018-ci il mayın 27-də 219 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm artaraq 240 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il mayın 27-də isə 30 sm təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti