...

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

Cəmiyyət Materials 19 İyun 2019 13:17 (UTC +04:00)
Kinoloji xidməti itin reaksiyası nəticəsində avtomobilin sağ və sol qanadlarında 400 ədəd "Marlboro" və 1200 ədəd "Parliament" markalı siqaretlər aşkar edilib.
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda kinoloji xidməti itin reaksiyası nəticəsində avtomobilin sağ və sol qanadlarında 400 ədəd "Marlboro" və 1200 ədəd "Parliament" markalı siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-2106" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə "Nike" ləqəbli kinoloji xidməti itin tətbiqi ilə gömrük baxışı keçirilib.

Baxış zamanı kinoloji xidməti itin reaksiyası nəticəsində avtomobilin sağ və sol qanadlarında 400 ədəd "Marlboro" və 1200 ədəd "Parliament" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti