...

41 azərbaycanlı zəvvarın olduğu avtobus Ərdəbildə qəzaya düşüb

Cəmiyyət Materials 1 İyul 2019 14:38 (UTC +04:00)
İyunun 29-da Azərbaycandan İranın Məşhəd və Qum şəhərinə ziyarətə gedən 41 nəfər sərnişinin-zəvvarın olduğu İran daşıyıcısına məxsus 11E771-10 dövlət qeydiyyat nişanlı avtobusda Ərdəbil vilayətində texniki nasazlıq səbəbindən yanğın baş verib.
41 azərbaycanlı zəvvarın olduğu avtobus Ərdəbildə qəzaya düşüb

Bakı. Samir Əli - Trend:

İyunun 29-da Azərbaycandan İranın Məşhəd və Qum şəhərinə ziyarətə gedən 41 nəfər sərnişinin-zəvvarın olduğu İran daşıyıcısına məxsus 11E771-10 dövlət qeydiyyat nişanlı avtobusda Ərdəbil vilayətində texniki nasazlıq səbəbindən yanğın baş verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb:

"Qeyd edək ki, zəvvarları daşıyan avtobus nəzarətdə olmayan, aidiyyəti dövlət qururmlarında reysqabağı texniki müayinədən keçməyən, beynəlxalq marşrut üzrə sərnişindaşımada iştirakı razılaşdırılmayan, birdəfəlik səfər üçün Azərbaycandan İrana qanunsuz sərnişin daşıyan daşıyıcıya məxsusdur. Məhz Məşhəd istiqamətində zəvvarlarımızı daşıyan bu cür qanunsuz xarici daşıyıcıların olduğunu nəzərə alaraq hazırda Azərbaycan və İran tərəfinin aidiyyəti qurumları tərəfindən Bakı-Məşhəd müntəzəm beynəlxalq avtobus marşrutlarının açılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu müddət ərzində sərnişinlərimizdən ricamız odur ki, bu şəkildə həyatlarını təhlükəyə atmaq əvəzinə, İran istiqamətində mövcud alternativ qanuni daşımalarımızdan istifadə etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti