...

Zəngilanın icra başçısı rayon karateçilərini mükafatlandırıb (FOTO)

Cəmiyyət Materials 26 İyul 2019 18:00 (UTC +04:00)
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov ilin birinci yarısında göstərdiyi nəticələrə görə rayon karateçilərini qəbul edib.
Zəngilanın icra başçısı rayon karateçilərini mükafatlandırıb (FOTO)

Bakı. Trend:

Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Həsənov, ilin birinci yarısında göstərdiyi nəticələrə görə karateçilərdən rayon sakinləri, 2-ci Avropa Oyunlarının qalibi, son Avropa üçüncüsü və Karate1 Seriya A turnirinin qalibi Asiman Qurbanlını, eləcə də Gənclər arasında Avropa çempionu və Dünya Kubokunun qalibi Murad Hacızadəni, həmçinin "Araz" İdman klubunun məşqçisi və bir sıra beynəlxalq yarışların qalibi, milli hakim Siyavuş Byramovu qəbul edib.

RİH-dən Trend-ə verilən məlumata görə, tanınmış Zəngilan idmançıları ilə mütəmadi görüşlər keçirən R.Həsənov dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü idman siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını və ölkəmizə böyük töhfələr verməsini diqqətə çatdırıb. Qazanılan nəaliyyətlərin məhz dövlət qayğısı sayəsində əldə olunduğundan danışan İcra başçısı idmançıların məişət problemləri ilə maraqlanıb və daha böyük uğurlar arzulayıb.

Görüşdə həmçinin İcra başçısının müavini Nizami Mönsümov, rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə, həmçinin Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov iştirak edib.

İdmançıların çıxışlarının ardından, belə görüşlərin idmançıların ruh yüksəkliyinin artırılmasında əhəmiyyətini bildirən federasiya rəsmisi, səmimi qəbul görə təmsil etdiyi təşkilatın rəhbərliyi adından Zəngilan rayon rəhbərliyinə minnətdarlıq ifadə edib.

Sonda İcra başçısı Ramiz Həsənov qonaqları Fəxri Diplom və pul mükafatları ilə təltif edib. Həmçinin, karateçilər də mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti