...

Tovuzda milli kartof sortlarının toxumları yetişdirilir (FOTO)

Cəmiyyət Materials 30 İyul 2019 20:41 (UTC +04:00)
Kartof bitkisinin toxumçuluq işlərinin təşkili, ölkənin toxum idxalından asılılığının azaldılması məqsədilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqat və istehsalat işləri aparılır.
Tovuzda milli kartof sortlarının toxumları yetişdirilir (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Kartof bitkisinin toxumçuluq işlərinin təşkili, ölkənin toxum idxalından asılılığının azaldılması məqsədilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqat və istehsalat işləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, institutun Şəmkir Dayaq Məntəqəsi ilə yanaşı, Tovuz rayonunda yerləşən Təcrübə Stansiyasının dəniz səviyyəsindən 1800 metr yüksəklikdə olan Sarıtala ərazisindəki əkin sahələrində milli kartof sortlarının toxumları yetişdirilir. Burada rayonlaşdırılmış “Telman”, “Sevinc”, “Əmiri-600” sortlarının yüksək reproduksiyalı toxumlarının istehsalı ilə yanaşı, yeni sort nümunələrinin seleksiyası və kolleksiya materiallarının, həmçinin bir sıra xarici ölkələrdən gətirilmiş quraqlığa davamlı sort nümunələrinin, botaniki toxumlardan alınmış xəstəliyə davamlı klonların öyrənilməsi də həyata keçirilir.

Biotexnologiya laboratoriyasında əldə edilmiş virussuz kartof miniyumrularının əkinləri də ilk olaraq burada aparılıb.

Qeyd edək ki, toxumluq kartofun dağlıq ərazilərdə əkini aprel ayının ikinci yarısında, yığımı isə sentyabr ayının ikinci ongünlüyündən oktyabr ayının birinci öngünlüyünə qədər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti