...

Millət vəkili səyyar görüşdə iştirak edib (FOTO)

Cəmiyyət Materials 31 İyul 2019 15:26 (UTC +04:00)
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivinin sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Millət vəkili səyyar görüşdə iştirak edib (FOTO)

Bakı. Trend:

31 iyul 2019-cui il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşən Salahovun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivinin sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.

Trend-in məlumatına görə, səyyar görüşdə millət vəkili Rauf Əliyev, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açıq elan edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətləndiyini və rayon ərazisində əsaslı infrastruktur layihələrin həyata keçirildiyini vurğulayıb. Başçı qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.

Qəbulda iştirak edən sakinlər məhəllədaxili yolların işıqlandırılması, içməli su və kanalizasiya, piyada keçidlərinin tikilməsi çoxmərtəbəli binalarda liftlərin təmir olunması və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən Millət Vəkili Rauf Əliyev çıxış edərək qəsəbə sakinlərini salamladı, səyyar görüşdə qaldırılan məsələlərin RİH ilə birlikdə həll olunması istiqamətində işlərin görüləcəyini və bəzi məsələlərlə bağlı müvafiq qurumlara müraciət ediləcəyini bildirib.

Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti