...

Diqqət! Bu yolda rənglənmə işləri aparılacaq

Cəmiyyət Materials 7 Avqust 2019 15:53 (UTC +04:00)
Bu gün saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Diqqət! Bu yolda rənglənmə işləri aparılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Abay Kunanbayev küçəsində bu gün saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti