Bakı. Elçin Mehdiyev - Trend:
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərinin Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində 8 avqust tarixində saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.
Agentlik bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.