Bakı. Trend:
Komandir hazırlığı sistemi çərçivəsində Əlahiddə Ümumqoşun Orduda bölük, batareya komandirləri və müavinləri ilə növbəti toplantı keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nəzəri və praktiki məşğələlərin keçirildiyi üçgünlük toplantıda əsas məqsəd zabitlərin ixtisas hazırlıqlarının təkmilləşdirilməsi olub.