...

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb

Cəmiyyət Materials 15 Avqust 2019 13:24 (UTC +04:00)
Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər (həmçinin subbakalavrlar) avqustun 15-dən 27-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti