...

Albert Aqarunovun qardaşı: Heykəlin açılışına ailəliklə gələcəyik (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2019 18:05 (UTC +04:00)
Albert Aqarunovun adına ucaldılan abidənin açılışında hamımız iştirak edəcəyik.
Albert Aqarunovun qardaşı: Heykəlin açılışına ailəliklə gələcəyik (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda Albert Aqarunovun adına ucaldılan abidənin açılışında ailəliklə - bacı və qardaşımla iştirak edəcəyik.

Bunu Trend-ə Milli Qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib. Onun sözlərinə görə, heykəlin müəllifi Ömər Eldarovdur.

R.Aqarunov qeyd edib ki, abidənin açılışı bu ilin oktyabrına nəzərdə tutulub.

Qeyd edək ki, Bakıda Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub.

A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti