...

Əlibəy Hüseynzadənin qızına "Xalq Cümhuriyyətinin 100 illik medalı" təqdim edilib (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2019 13:44 (UTC +04:00)
Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib.
Əlibəy Hüseynzadənin qızına "Xalq Cümhuriyyətinin 100 illik medalı" təqdim edilib (FOTO)

Bakı. Trend:

Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə sədri Fuad Muradov Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turanla İstanbuldakı evində görüşüb.

Komitə sədri 101 yaşlı Feyzavər Alpsarın səhhəti ilə maraqlanıb, onunla söhbət edib.

F.Muradov Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Feyzavər Alpsara təqdim edib. Komitə sədri Əlibəy Hüseynzadənin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti