...

Türkiyə Standartlar İnstitutunun eksperti AQTİ-də təlim keçir (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2019 21:57 (UTC +04:00)
“Sınaq və kalibrləmə laboratoriyalarının səmərəli təşkilinə dair beynəlxalq standartlar” mövzusunda təlim keçirilir.
Türkiyə Standartlar İnstitutunun eksperti AQTİ-də  təlim keçir (FOTO)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ISO 17025 2017 "Sınaq və kalibrləmə laboratoriyalarının səmərəli təşkilinə dair beynəlxalq standartlar" mövzusunda təlim keçirilir.

AQTİ-dən Trend-ə verilən məlumata görə, Türkiyə Standartlar İnstitutunun eksperti Murat Kavrukun keçirdiyi təlimdə iştirakçılara sınaq və kalibrləmə laboratoriyalarında müasir xidmətin təşkili, dünyada bu sahə üzrə tətbiq olunan son texnologiyalarla bağlı məlumat verilib. Təlimdə sınaq və kalibrləmə laboratoriyalarında işlərin keyfiyyətinin yaxşılaşdırılması metodları, bu sahədə beynəlxalq təcrübə ilə bağlı aktual məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda yeni qida təhlükəsizliyi mexanizminin formalaşdırılmasında ayrı-ayrı ölkələrin müvafiq qurumları ilə təcrübə mübadiləsinin aparılamsının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, təlim bu ilin mayında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türkiyə Standartlar İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında keçirilir.

Qeyd edək ki, təlim oktyabrın 4-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti