...

İbtidai iş metodikası heç bir halda 5 yaşlılar üçün tətbiq edilməməlidir - İdarə müdiri

Cəmiyyət Materials 15 Oktyabr 2019 11:58 (UTC +04:00)
Məktəbəhazırlıq qruplarında işə cəlb edilmiş müəllimlər ibtidai iş metodikasını heç bir halda 5 yaşlılarla işin təşkilinə tətbiq etməməlidir.
İbtidai iş metodikası heç bir halda 5 yaşlılar üçün tətbiq edilməməlidir - İdarə müdiri

Bakı. İlhamə İsabalayeva - Trend:

Məktəbəhazırlıq qruplarında işə cəlb edilmiş müəllimlər ibtidai iş metodikasını heç bir halda 5 yaşlılarla işin təşkilinə tətbiq etməməlidir.

Trend-in məlumatına görə, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, bu yaşda uşaqların fiziki, emosional, intellektual səviyyəsi 6-7 yaşlı uşaqlardan fərqlənir. Buna görə də məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, daha intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.

R.Tağıyev qeyd edib ki, 2019-2020-ci tədris ilində isə paytaxtdakı 268 ümumi təhsil müəssisəsi üzrə 977 məktəbəhazırlıq qrupuna 26 189 uşaq cəlb olunub:

"Növbəti addımlarımızın daha sərrast və məqsədyönlü olması üçün bu günün təcrübəsini diqqətlə təhlil etməli, öyrədərək öyrənməliyik. Qarşıdakı müddətdə ümumi təhsil məktəbində məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin fəaliyyətinin monitorinqini və müvafiq nəticələrin qiymətləndirilməsini təşkil etməyi əsas məqsəd kimi düşünürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti