...

UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu

Cəmiyyət Materials 15 Oktyabr 2019 15:59 (UTC +04:00)
21-25 oktyabr tarixlərində UNEC-də “Elm həftəsi” keçiriləcək.
UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu

Bakı. Trend

21-25 oktyabr tarixlərində UNEC-də “Elm həftəsi” keçiriləcək.

Universitetdən Trend-ə verilən məlumata görə, “Elm həftəsi” çərçivəsində 5 gün ərzində UNEC-in 5 tədqiqat mərkəzinin hər birində profilinə uyğun olaraq aktual mövzulara həsr olunan müzakirələr aparılacaq.

Təcrübəli ekspertlərin moderatoru olduğu müzakirələrdə qoyulan mövzularla bağlı təkliflər paketi hazırlanacaq.

21 oktyabr

Avropa İqtisadiyyatı Mərkəzi

Mövzu: “Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Global Cənubla iqtisadi əlaqələrin rolu”

Əsas məruzəçi: Dr. Elkhan Richard Sadiq-Zada, Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri, Almaniyanın Bochum Ruhr universitetində tədqiqatçı

22 oktyabr

Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi

Mövzu: “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri”

Əsas məruzəçi: Professor Qafar Mehdiyev, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri

23 oktyabr

Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi

Mövzu: Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları”

Əsas məruzəçi: Mirsahib Eminov, UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi

24 oktyabr

Ekonofizika Tədqiqat Mərkəzi

Mövzu: “Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış”

Əsas məruzəçi: Professor Şahlar Əsgərov, Əməkdar elm xadimi

25 oktyabr

Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi

Mövzu: “Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?”

Məruzəçilər:

Professor Feng Zongxian, Çinin Xian Jiaotong Universitetinin “Kəmər və Yol” və Qlobal İnkişaf institutunun direktoru
Tahir Mirkişili, millət vəkili

Məqalədə:
Xəbər lenti

Xəbər lenti