...

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2019 13:21 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:

- Sarı kəsişmə toru təşkil edilib;
- Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;
- Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti