İlahiyyat İnstitutunun heyəti Dövlət Bayrağı Günü Cocuq Mərcanlıya səfər edib (FOTO)

İlahiyyat İnstitutunun heyəti Dövlət Bayrağı Günü Cocuq Mərcanlıya səfər edib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) heyəti 9 noyabr 2019-cu il tarixdə Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

Aİİ kollektivini Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, kənd icra nümayəndəsi Atakişi Atakişiyev, Novruz Aslanov adına kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, 25 ildir Cocuq Mərcanlıda yaşayan kənd sakini Oktay Həziyev və digərləri qarşılayıb.

Rektor Ceyhun Məmmədovun rəhbərliyi ilə Aİİ heyəti ilk olaraq “Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi”ni ziyarət edib, abidənin önünə əklil qoyub. İnstitut kollektivi və tələbələr daha sonra Cocuq Mərcanlıda kənd məktəb ilə tanış olublar. Heyəti məktəb şagirdləri və müəllimlər qarşılayıb. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Ziyarət zamanı İnstitut tərəfindən orta məktəbə dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıqlar hədiyyə edilib. Məktəbin direktoru Zamin Həziyev təhsil müəssisəsi, o cümlədən buradakı tədris prosesi haqqında məlumat verib, Aİİ heyətinə göstərdikləri diqqətə görə təşəkkür edib.

Daha sonra Cocuq Mərcanlı Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici və ordu quruculuğu siyasəti nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrildiyini xüsusi vurğulayıb.

İnstitutun rektoru Ceyhun Məmmədov xalqımızın istiqlal mübarizəsinin və dövlətçiliyimizin rəmzi olan Azərbaycan bayrağına həsr olunan bayram günü ilə bağlı iştirakçıları təbrik edərək bildirib ki, hər bir ölkənin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olan bayraq onun dövlət atributudur. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mübarizəsinin, təfəkkür və düşüncə tərzinin ən bariz ifadəsidir. Məhz bu baxımdan, xalqımızın azadlığı, istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini, ölkənin suverenliyini və yüksəlişini tərənnüm edən üçrəngli dövlət bayrağımız hər bir vətənpərvər azərbaycanlının qürur mənbəyidir. C.Məmmədov diqqətə çatdırıb ki, hər bir Azərbaycan vətəndaşı bayrağımızın ən uca zirvələrdə dalğalanmasına öz töhfəsini verməlidir.

C.Məmmədov ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla gerçəkləşdirdiyini vurğulayıb. Bildirib ki, bu siyasət nəticəsində ölkəmizin beynəlxalq siyasi nüfuzu yüksəlib, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib. Aİİ rektoru qeyd edib ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı kəndi Prezident cənab İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib. Azərbaycan xalqı ermənilərin Dağlıq Qarabağda dağıtdığı dini abidələri ürəyində yaşadır.

Gənclərə xitabən “Bayraq tariximiz, keçmişimiz, bugünümüz, müqəddəs dövlət rəmzimizdir”, – səslənən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib. Rektor vurğulayıb ki, hazırda bu bayrağın ətrafında birləşmişik. Millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, sarsılmaz və yenilməzliyinin rəmzi olan bayrağımız gənclərimizə əmanətdir.

Daha sonra C.Məmmədov İnstitut haqqında ümumi məlumat verərək, təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını qeyd edib. C.Məmmədov bildirib ki, İnstitut keyfiyyətli tədrislə yanaşı, tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə də xüsusi önəm verir. Cocuq Mərcanlıya səfərin əsas məqsədinin tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə vermək olduğunu qeyd edən Aİİ rektoru gənc nəslin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi üçün İnstituda maarifləndirici tədbirlər silsiləsinin davam etdiriləcəyini nəzərə çatdırıb.

Tədbirdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, məktəb direktoru Zamin Həziyev, kənd sakinləri və Aİİ-nin tələbələri işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, həmçinin 9 noyabr – Dövlət Bayrağı Günü ilə bağlı çıxış ediblər.

Səfər zamanı İnstitut heyəti, həmçinin Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi ilə də tanış olub, axund Elman Piriyev ilə söhbət aparıblar. Bildirilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadət ocağında dindarlar üçün hər cür şərait yaradılıb.

Məscidi ziyarətdən sonra, İnstitut heyəti ərazini gəzib, Prezident cənab İlham Əliyevin Cocuq Mərcanlı kəndi ilə bağlı yürütdüyü siyasətin nəticəsi olaraq, burada aparılan abadlıq, tikinti-quruculuq işlərinin şahidi olub; kənd sakinləri ilə görüşüb, onları yenidən doğma torpağa köçmələri və əmin-amanlıqda yaşamaları münasibətilə təbrik edib, işlərində müvəffəqqiyyətlər arzulayıblar.

Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir
Azərbaycan Prezidenti: Gərək biz bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq
Azərbaycan Prezidenti: Gərək biz bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq
Loading Bars
Xəbər lenti
Moskvada koronavirusdan daha 76 nəfər dünyasını dəyişib
ÜST: Son sutkada dünyada 100 264 koronavirusa yoluxma halı qeydə alınıb
Gəncədə minik avtomobili quyuya düşüb, ölən var
Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib
Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Balakənə dolu düşüb
Alternativ enerjinin alternativi yoxdur
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir
Türkiyədə son sutkada koronavirusdan 1 321 nəfər sağalıb
Azərbaycan Prezidenti: Gərək biz bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutulan maddələrin sınaqlarını dayandırıb
Habil Qurbanov: Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı dövrlərindən biridir
Qazaxda yaşayış binasında yanğın olub
İsraildə teatrlar və konsert salonları iyunda açılacaq
Ölkədə olan faktiki hava şəraiti açıqlanıb
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir
Azərbaycan könüllülərindən bayram sovqatı (FOTO)
Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib
Biləsuvar sakini həmyerlisinin qoyunlarını oğurlayıb
Xırdalan şəhər sakininə qarşı quldurluq edən iki qardaş saxlanılıb
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 2 nəfər öldü
17 kiloqramdan çox narkotik vasitəni onlayn yolla satmaq istəyən qardaşlar saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərə gəliblər (FOTO/VIDEO)
Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri
Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir
Şamaxıda iki nəfər hündürlükdən yıxılıb, biri ölüb
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib
İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Avropanın bu ölkəsi koronavirusa qalib gəldiyini elan etdi
Mingəçevirdə baş vermiş qəzaya görə cinayət işi başlandı
İranda daha 2 033 nəfər koronavirusa yoluxdu
Avstraliyada şiddətli fırtına: 60 min ev elektriksiz qaldı (FOTO)
Aybəniz İsmayılova: Dağlıq Qarabağdakı kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə rejim ləğv edildi
Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
Sabah 31 dərəcə isti olacaq
Bakıda narkotik tərkibli bitkilər becərən silahlı narkotacir saxlanıldı (FOTO/VİDEO)
Gəncədə avtoxuliqan həbs edilib (FOTO)
Biləsuvarda narkotacirlər 1 kiloqram heroinlə tutuldular (FOTO)
Bakıda sanitar-karantin qaydalarını pozan restoran aşkarlandı, 32 nəfər saxlanıldı (FOTO/VİDEO)
Rusiyada daha 92 nəfər koronavirusun qurbanı oldu
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatdı
‘’OnlayNHN’’ layihəsinin ikinci turuna yekun vurulub
Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib (FOTO)
Ötən gün 31 cinayətin üstü “isti izlər”lə açılıb
Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri Bakıya göndərilib
Azərbaycan XİN İordaniyanı təbrik edib
Baş infeksionist: Qapalı yerlərdə maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir
Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Mədəniyyət nazirinin səlahiyyətləri heç kimə həvalə edilməyib - RƏSMİ
Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək həlak oldu (FOTO)
Naqif Həmzəyev fiziki imkanları məhdud seçicilərinə əlil arabası hədiyyə edib (FOTO)
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb (FOTO)
Bu gündən muzey və qoruqlarda "açıq qapı" günləri başlayır
Malayziyanın BERNAMA agentliyi 28 May – Respublika Gününə həsr olunmuş geniş məqalə dərc edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
PSJ İkardiyə 10 milyon avro maaş təklif etmək niyyətindədir
Qırğızıstanda koronavirusa daha 30 nəfər yoluxub, 2 nəfər vəfat edib
Atəşkəs 23 dəfə pozuldu
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb
Mövlud Çavuşoğlu: Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir
Qazaxıstanda koronavirusa yoluxanların sayı 8,5 min nəfəri ötüb
ABŞ Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərəcək
Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər
Çində ötən sutka ərzində koronavirusa 11 yoluxma halı qeydə alınıb
Kanadada koronavirusa yoluxanların sayı 84 mini ötüb
ABŞ son günlərdə Braziliyaya səfər edənləri ölkəyə buraxmayacaq
Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu
Braziliyada koronavirusa yoluxanların sayı 360 min nəfəri ötüb
Qazaxıstanın bütün hava limanları daxili uçuşlar üçün açılıb
Yeni Zelandiya sahillərində güclü zəlzələ olub
Ermənistan yeni yoluxma hallarının sayına görə dünyada 6-cı yerdə qərarlaşıb
Bakıda "Hyundai" yanıb
İtaliyada koronavirusdan sağalanların sayı 140 mini ötüb
Rumıniyada zəlzələ baş verib
Tramp: Putin mənim yenidən prezident seçilməyimi istəmir
ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 101 mindən çox artıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
İranda zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Türkiyədə koronavirusdan sağalanların sayı 120 minə yaxınlaşır
"Şalke" doğma meydanda "Auqsburq"a məğlub oldu
Yaponiyada yeni yoluxma hallarının sayı artıb
Sabirabadda traktor qoşqusu yanıb
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib
Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 24.05.2020 tarixli bölüm
Bərdədə "Volkswagen" yanıb
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Ramazan Bayramı münasibətilə aztəminatlı ailələrə sovqat çatdırdı (FOTO)
Bütün xəbərlər