Bakı. Trend:
Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən mütərəqqi islahatların mediada dolğun və obyektiv şəkildə işıqlandırılması, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə birgə müsabiqə elan edir.
Fonddan Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycanda son illər həyata keçirilən əsaslı iqtisadi islahatlar çərçivəsində gömrük orqanlarının fəaliyyətində çevik, modern və şəffaf idarəçilik metodlarının tətbiqi; gömrük nəzarətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması; kölgə iqtisadiyyatının aradan qaldırılması; sabit, avtomatlaşdırılmış və vətəndaş məmnunluğunu təmin edən xidmətlərin təşkili sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərin ictimaiyyətə çatdıdılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması.
Müsabiqənin mövzusu
"Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər"
Müsabiqədə iştirak
Kütləvi informasiya vasitələrində (televiziya, qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara və süjetlərə aid tələblər
1. Dərc olunan yazının və ya yayımlanan süjetin sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı və ya süjet təqdim edə bilər.
3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər. Telejurnalistlərin hazırladıqları süjetlər çalışdıqları media qurumunda yayımlanmalıdır.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməli, süjetlər isə qanunvericiliyə uyğun olaraq rəsmi qeydiyyatdan keçmiş televiziyanın efirində yayımlanmalıdır.
5. Dərc olunmuş yazıda və ya yayımlanan süjetdə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir
Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzet və ya saytlar.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər və ya saytlar (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər və ya saytlar (6 ay müddətində)
Yazıların qəbul qaydaları
1.Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə
2.Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə
3.Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə
4.Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)
Süjetlərin qəbulu qaydaları
1.Süjetin yayımlandığı televiziya proqramının tam videoyazısı 1 nüsxə (DVD diskdə)
2.Süjetlər 5 dəqiqədən artıq olmamalıdır
Tələb olunan sənədlər
1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi.
2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzasıilə)
3. Şəxsiyyət vəsiqəsinin surəti,
Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edə bilərsiniz.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı və ya süjet müsabiqəyə buraxılmır.
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların və süjetlərin qəbulu 22 noyabr 2019-cu il tarixində başlayır, 17 yanvar 2020-ci il tarixdə başa çatır.
Yazılar və süjetlər rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının və ya süjetin dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
I yer üçün 1 nəfər (1500 manat);
II yer üçün 2 nəfər (1000 manat);
III yer üçün 3 nəfər (600 manat)
Bundan əlavə, 10 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.
Müsabiqəyə təqdim olunmuş süjetlərin mükafatlandırılması
I yer üçün 1 nəfər (1500 manat);
II yer üçün 1 nəfər (1000 manat);
III yer üçün 1 nəfər (600 manat)
Eyni zamanda, 3 süjet müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.
Qaliblər, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):
Yazının və ya süjetin istiqaməti |
|
Yazının və ya süjetin adı |
|
Müəllifin adı, soyadı, atasının adı |
|
İşlədiyi KİV |
|
Vəzifəsi |
|
Yazının və ya süjetin yayımlandığı mətbuat orqanı |
|
Ünvanı və poçt indeksi |
|
-iş telefonu |
|
-ev telefonu |
|
-mobil telefonu |
|
-elektron poçt ünvanı |
Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________
M.Y.
Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2019-cu il
Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.
Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45;
Elektron ünvan:[email protected],[email protected]