...

Muxtar Babayev: Yaxın vaxtlarda bərpa olunan və alternativ enerji sahəsinin inkişafına dair bir sıra layihələr həyata keçiriləcək

Cəmiyyət Materials 27 Noyabr 2019 11:16 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsinin inkişafına dair bir sıra layihələr həyata keçiriləcək.
Muxtar Babayev: Yaxın vaxtlarda bərpa olunan və alternativ enerji sahəsinin inkişafına dair bir sıra layihələr həyata keçiriləcək

Bakı. Anastasiya Savçenko - Trend:

Yaxın vaxtlarda Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsinin inkişafına dair bir sıra layihələr həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu "İqlim dəyişikliyi və ətraf mühitdə Paris razılaşmasının rolu" adlı beynəlxalq konfransda çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda hidroenerji resursları daxil olmaqla, bərpa olunan enerji mənbələrinin ümumi ilkin enerji istehlakında payı 18%-ə çatdırılıb.

Nazir həmçinin qeyd edib ki, 2030-cu il üçün bu göstəricinin 30%-ə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, noyabrın 27-də Bakıda SOCAR tərəfindən təşkil olunan beynəlxalq konfrans keçirilir. Tədbirin mövzusu iqlim dəyişikliyində və ətraf mühitin mühafizisəndə Paris sazişinin roludur. Konfransda SOCAR-ın prezidenti Rövnəq Abdullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika nazirinin müavini Elnur Soltanov və digərlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti