...

Üç rayonda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Bir tır hədiyyə” aksiyası keçiriləcək (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2019 15:18 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “KSM Azərbaycan” MMC noyabr ayının sonlarında “Bir tır hədiyyə” adlı yeni aksiyaya start verəcək.
Üç rayonda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Bir tır hədiyyə” aksiyası keçiriləcək (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “KSM Azərbaycan” MMC noyabr ayının sonlarında “Bir tır hədiyyə” adlı yeni aksiyaya start verəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yeni ilədək davam edəcək layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara sevinc bəxş etmək, onlara qayğı hissini və eyni zamanda, cəmiyyətdə sosial məsuliyyət hissini daha da artırmaqdır. Aksiya Bərdə, Tərtər və Goranboy rayonları üzrə həssas qruplara aid ailələrdən olan azı 400-dək uşağı əhatə edəcəkdir.

Həmin uşaqlara hədiyyələr, müxtəlif məktəb ləvazimatları veriləcək. Onların valideynlərinə sosial-hüquqi maarifləndirmə yönümlü xidmətlər də göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti