...

İnvaziv kardioloq Emin Hacıbalayev canlı yayımda “Koronar Angioqrafiya” mövzusunda çıxış edəcək

Cəmiyyət Materials 9 Dekabr 2019 10:30 (UTC +04:00)
İnvaziv kardioloq Emin Hacıbalayev canlı yayımda “Koronar Angioqrafiya” mövzusunda çıxış edəcək
İnvaziv kardioloq Emin Hacıbalayev canlı yayımda “Koronar Angioqrafiya” mövzusunda çıxış edəcək

Bakə. Trend:

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı invaziv kardioloqu Dr. Emin Hacıbalayev 11 dekabr 2019-cu il tarixində saat 16.00-da canlı yayımda “Koronar Angioqrafiya” mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.

Trend-ə verilən məlumata görə, Dr. Emin Hacıbalayev 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmiş, 2010-2013-cü illərdə Rusiyada, N.A. Bakulev adına Ürək damar cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzinin Angioqrafiya şöbəsində həkim-ordinator kimi çalışmışdır. Kardiologiyanın bütün sahələrində 10 il iş təcrübəsinə malik Dr.Emin Hacıbalayev 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq işləyir. O,ürəyin koronar damarlarının angioqrafiyası, balon angioqrafiya, aorta-koronar şuntlama, by-pass kontrol, periferik damarların angioqrafiyası kimi mürəkkəb invaziv müdaxilələr həyata keçirir.Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti