...

Meksika və Azərbaycan akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2019 19:32 (UTC +04:00)
Meksika Xarici İşlər Nazirliyi və Azərbaycanın Xarici İşlər Nazirliyinin ADA Universiteti arasında akademik-diplomatik əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalanıb.
Meksika və Azərbaycan akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir (FOTO)

Bakı. Trend:

Meksika və Azərbaycan Matias Romero İnstitutu vasitəsilə Meksika Xarici İşlər Nazirliyi və Azərbaycanın Xarici İşlər Nazirliyinin ADA Universiteti arasında akademik-diplomatik əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalanıb.

Meksikanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, sənədi Meksika tərəfdən səfir Rodriqo Labardini, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin ADA Universiteti tərəfindən isə ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə imzaladı.

Memorandumun məqsədi yaxınlaşmaya və ikitərəfli əməkdaşlığa təkan verməkdir. Xüsusilə, diplomatların formalaşdırılması üçün baza kimi çıxış edərək, bununla da hər iki Dövlət arasında mövcud əlaqələri daha da gücləndirəcək. Eyni şəkildə, digər fəaliyyətlərlə bərabər olaraq, hər iki ölkənin təklif etdiyi mədəni və akademik proqramlarda gənc diplomatların iştirakını, akademik-diplomatik təhsili üzrə məlumat və təcrübə mübadiləsini, bir Tərəfin nümayəndələrinin digər Tərəfin Dövlətinə rəsmi səfərlər çərçivəsində qarşılıqlı maraq doğuran mövzulara dair konfransların təşkilini, akademik-diplomatik formalaşma sahəsində birgə proqramların inkişafını, diplomatiya, xarici siyasət, beynəlxalq münasibətlər və əlaqəli mövzulara dair xüsusi dərclərin mübadiləsini asanlaşdıracaq.

Səfir R.Labardini və icraçı prorektor F.İsmayılzadə bu Memorandumun, diplomat nəsillərinin formalaşdırılması, həmçinin akademik və mədəni əməkdaşlığın inkişafı vasitəsilə, hər iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcəyini və hər iki Dövlətin xarici siyasətini daha çox tanımağa imkan verəcəyini söylədilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti