...

Yeni Bakı Limanında inspeksiya və inventarizasiya üçün xidmətlərin satınalması üzrə açıq müsabiqə elan edir

Cəmiyyət Materials 10 Dekabr 2019 11:40 (UTC +04:00)
Yeni Bakı Limanında inspeksiya və inventarizasiya üçün xidmətlərin satınalması üzrə açıq müsabiqə elan edir.

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Ələt qəsəbəsində yerləşən Yeni Bakı Limanında inspeksiya və inventarizasiya üçün xidmətlərin satınalması üzrə açıq müsabiqə elan edir.

Trend-in məlumatına görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 19 dekabr 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 20 dekabr 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 24 dekabr 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqə telefonları: 599-00-03 (1402).

Xəbər lenti

Xəbər lenti