...

Şimal bölgəsindən olan qadınlar üçün sosial sahibkarlıq təlimləri başa çatıb (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2019 18:47 (UTC +04:00)
Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən noyabr-dekabr aylarında Quba ASAN xidmətdə keçirilən Sosial Sahibkarlıq təlimləri uğurla başa çatıb.
Şimal bölgəsindən olan qadınlar üçün sosial sahibkarlıq təlimləri başa çatıb (FOTO)

Bakı. Trend:

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən noyabr-dekabr aylarında Quba ASAN xidmətdə keçirilən Sosial Sahibkarlıq təlimləri uğurla başa çatıb.

Trend-in məlumatına görə, Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə qadınlar arasında sosial sahibkarlığın təşviqi məqsədilə “Öyrən, başla və tətbiq et!” adlı sosial sahibkarlıq proqramı Quba, Qusar, Xaçmaz və Şabrandan olan18-29 yaşlı 26 nəfər xanımı əhatə edib. Proqram zamanı qalib komandalara 3 aylıq peşəkar mentorlardan fərdi və onlayn konsultasiya, sosial biznes layihələrinə dəstək, seçilmiş xanımlardan ibarət qrupla Bakı və Tbilisiyə mübadilə səfərləri, 2020-ci ilin Aprel ayında keçiriləcək Sosial Sahibkarlıq Forumunda iştirak imkanları yaradılır.

Proqram ASAN Xidmət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin texniki tərəfdaşlığı ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti