...

Oqtay Gülalıyev hər iki gözünü açıb

Cəmiyyət Materials 28 Dekabr 2019 23:09 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb
Oqtay Gülalıyev hər iki gözünü açıb

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.

Trend-in məlumatına görə, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

O bildirib:

"Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa aça bildi. Artıq hər iki gözünü açmağa başlayır. Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək".

Bir neçə gün bundan öncə O.Gülalıyev sağ gözünü də açıb.

Xatırladaq ki, O.Güləliyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən “Semaşko”ya aparılıb, oradan isə “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub.

Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti