...

Təcili Tibbi Yardım gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət Materials 1 Yanvar 2020 18:11 (UTC +04:00)
Bu gündən etibarən bayram günlərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının tibbi yardım briqadaları bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar
Təcili Tibbi Yardım gücləndirilmiş iş rejiminə keçib

Bakı. Trend:

Bu gündən etibarən bayram günlərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının tibbi yardım briqadaları bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, briqadalar lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub və bütün çağırışlar vaxtında yerinə yetiriləcək.

Bununla yanaşı, TƏBİB rəhbərliyi yerlərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarında olaraq işin təşkili ilə tanış olub və öz tapşırıq və tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti