...

Aİİ-nin “Din araşdırmaları” jurnalı dərc olunub

Cəmiyyət Materials 8 Yanvar 2020 09:49 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalının üçüncü sayı dərc edilib.
Aİİ-nin “Din araşdırmaları” jurnalı dərc olunub

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalının üçüncü sayı dərc edilib.

Aİİ-dən Trend-ə verilən məlumata görə, baş redaktoru İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan “Din araşdırmaları” jurnalının məqsədi ölkəmizdə və dünyada din sahəsində tədqiqat aparan alimlərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. İldə iki dəfə dərc olunan jurnalın növbəti sayında 19 məqalə və 1 kitab haqqında resenziya yer alıb. Din sosiologiyası, din psixologiyası, İslam məzhəblər tarixi, hədis, təfsir, kəlam, tarix, fəlsəfə, İslam hüququna dair qələmə alınmış elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilmişdir. Məlumat üçün bildirək ki, jurnalın bu sayından başlayaraq yeni – “Resenziya” bölməsinə yer ayrılıb. Dərginin redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış müəssisədir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə üstünlük verir.

Məlumat üçün bildirək ki, akademik nəşrlər ali təhsil müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biridir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.
Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb. İldə iki dəfə nəşr olunan “Din araşdırmaları” jurnalında bir çox alimin ilahiyyat, fəlsəfə, psixologiya, sosiologiya və digər elmlərə dair sanballı məqalələri çap olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti