...

Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

Cəmiyyət Materials 23 Yanvar 2020 20:34 (UTC +04:00)
2019-cu ildə Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2018-ci illə müqayisədə 8,95 faiz artaraq 84,767 milyon dollar təşkil edib
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ildə Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2018-ci illə müqayisədə 8,95 faiz artaraq 84,767 milyon dollar olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən, 2019-cu ilin dekabrında Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 17,16 faiz artaraq 7,583 milyon dollara bərabər olub.

Ümumilikdə 2019-cu ildə Türkiyənin dənli və paxlalı bitki ixracı 2018-ci illə müqayisədə 1,64 faiz artıb və 6,788 milyard dollar təşkil edib.

2019-cu ilin dekabrında Türkiyənin dənli və paxlalı bitki ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 5,95 faiz artaraq 628,844 milyon dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti