...

Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub (FOTO/VİDEO)

Cəmiyyət Materials 24 Yanvar 2020 10:20 (UTC +04:00)
Deputatlığa namizədin görüşdiyi hər bir seçici ölkəmizin bugünkü inkişafını, siyasi sabitliyini, bütün sahələrdə aparılan islahatları yüksək qiymətləndirib
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub (FOTO/VİDEO)

Bakı. Trend:

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Naqif Həmzəyev bu dəfə şəhərin Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə görüşüb.

Trend-in məlumatına əsasən, deputatlığa namizədin görüşdiyi hər bir seçici ölkəmizin bugünkü inkişafını, siyasi sabitliyini, bütün sahələrdə aparılan islahatları yüksək qiymətləndirib, bu inkişafın, tərqqinin davamlılığı üçün hər zaman Prezident İlham Əliyevin ətrafında olacaqlarını bildiriblər.

Seçicilər həmçinin Gəncə şəhərində aparılan abadlıq-quruculuq işlərindən razı qaldıqlarını vurğulayıb, xüsusən su-kanalizasiya xəttinin çəkilməsinin, küçələrin asfaltlaşdırılmasının ölkə Başçısının vətəndaşlara olan diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndiriblər.

Seçicilər bir daha Azərbaycanı sabit və dinamik tərəqqi edən ölkə kimi idarə edən Prezident İlham Əliyevin Sədri olduğu, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən partiyanın namizədi Naqif Həmzəyevə yenidən səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti