...

Rauf Əliyevin seçicilərlə görüşləri davam edir (FOTO)

Cəmiyyət Materials 30 Yanvar 2020 13:52 (UTC +04:00)
Rauf Əliyev çıxış edərək deputatlıq fəaliyyəti ərzində gördüyü işlərdən və qarşıda duran məsələlər barədə görüş iştirakçılarına məlumat verdi
Rauf Əliyevin seçicilərlə görüşləri davam edir (FOTO)

Bakı. Trend:

30 yanvar 2020-ci il tarixində Mərdəkan mədəniyyət mərkəzinin qarşısında Parlament seçkilərinin təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən namizədliyi 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən irəli sürülmüş Rauf Əliyevin Mərdəkan, Buzovna, Şağan və Qala qəsəbə seçiciləri, ağsaqqal və ziyalıları, gəncləri ilə görüşü keçirilib.

Trend-in məlumatına əsasən, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisə deputatlığa namizəd Rauf Əliyev və Mərdəkan, Buzovna, Şağan və Qala qəsəbə seçiciləri, ağsaqqal və ziyalıları və o cümlədən gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkisində Rauf Əliyevə səs verməyə çağırdı. Milli Məclisə deputatlığa namizəd Rauf Əliyev çıxış edərək deputatlıq fəaliyyəti ərzində gördüyü işlərdən və qarşıda duran məsələlər barədə görüş iştirakçılarına məlumat verdi. Tədbirdə çıxış edən seçicilər Rauf Əliyevin deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkisində ona səs verməyə çağırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti